Əsas səhifə İş adamları Zara, Bershka kimi markalara sahib tekstil nəhəngi İnditex-i zirvəyə aparan iş adamı:...

Zara, Bershka kimi markalara sahib tekstil nəhəngi İnditex-i zirvəyə aparan iş adamı: Pablo Isla

204

Uğur deyiləndə ilk ağlımıza gələn bir neçə ad var. Saytlarda, jurnallarda hər gün onlarla uğur hekayəsi oxuyuruq. Dünyanın ən böyük texnoloji şirkətlərinin qurucularının və sahiblərinin səhər oyananda nə etdiyinə qədər öyrənməyə çalışırıq. Bill Geyts, Stiv Cobs, Mark Zükerberq, Elon Musk və daha bir çox populyar texnologiya və iş dünyası adlarını hər gün təkrar oxuyuruq.

Ancaq dünya populyar olanlardan ibarət deyil. Yuxarıda adlarını saydıqlarımdan başqa ortalıqlarda görünməyən, görünməyi də çox sevməyən ancaq böyük uğurlara imza atmış şirkət ceo-ları, təşəbbüskarlar da var. Dünyanın ən varlı dörd insanından birisi olan Amancio Ortega-nı bir çoxumuz tanıyırıq. Bu qədər varlı olmasına rəğmən hələ də köhnə bina evində yaşayıb, ortalama qiymətli maşınını istifadə edən, sadə həyatından qopmayan bu ad dünyanın ən böyük tekstil holdinqi İnditex Group –un sahibidir. Ancaq bu yazıda ondan bəhs etməyəcəm. Bu yazıda şirkətin uğurunun ardındakı gözlərdən uzaq digər bir addan: İnditex-in gizli qəhrəmanından bəhs edəcəyəm: Pablo Isla.

Dünyanın ən böyük tekstil şəbəkəsi olan: Zara, Zara Home, Massimo Dutti, Bershka, Oysho, Pull& Bear kimi markaların daxil olduğu İnditex-in Ceo-su Pablo Isla, 2005-ci ildən bəri İnditex-də İcraçı Direktor, 2011-ci ildən bəri də prezident vəzifəsini icra edir.

Əslində hüquq fakültəsinin məzunu olan və illərcə vəkillik etmiş Isla, 2000-ci ildən sonra fərqli şirkətlərdə üst idarəçiliyi etmiş biridir. 2005-ci ildə İnditex-də işə başlaması ilə İnditex Group-da dəyişiklikləri başlatdı. Pablo Isla, şirkətdə çoxlu rəsmi iclaslar etmir. İş saatları çərçivəsində tez-tez mağazaları və işçiləri ziyarət edərək, satış menecerlərini incələyir. İşçilərin səlahiyyət sahibi olduğu bir sistemə sahib İnditex-də eyni zamanda mağaza müdirləri məhsul sifarişləri mövzusunda söz haqqına sahibdir.
Şübhəsiz bu sistem sayəsində Isla, İnditex Group-da bir reforma etmişdir. Eyni zamanda Isla, İnditex-in digital sferaya keçməsini uğurla gerçəkləşdirdi. İnditex markalarının digital dünyada və sosyal medyada trendləri anlamaq mövzusunda uğurları göz qamaşdırır. İnditex markalarının sosial mediada toplam 100 milyondan çox izləyicisi var.

Bütün bu reformlar nəticəsində həm onlayn həm də offlayn dünyada atdığı doğru addımlarla İnditex-in hər bir markasını tekstil dünyasının zirvəsinə çıxardı. Bugün 8 marka ilə 93 ölkədə 7300 mağazaya sahib İnditex, 2016-cı ildə 23.3 milyard dollarlıq satış etdi.

Isla-nın İnditex-də etdiyi dəyişikliklər və dəyərlər 2017-ci ildə dünyanın ən yüksək performans göstərən 100- CEO-su siyahısında 1-ci etdi. Hər gün bir mağaza açmaqda olan İnditex Group, qlobal böyümə hərəkətini Isla-nın liderliyində davam etdirəcək.

İlkin Mirzəzadə, Bizplus.az

 

Paylaş