Əsas səhifə Biz+ Zəhra Bədəlbəyli: “Biznes Ledi olmaq mənim üçün sərbəstlik deməkdir”

Zəhra Bədəlbəyli: “Biznes Ledi olmaq mənim üçün sərbəstlik deməkdir”

2458
PAYLAŞ

Bizplus.az-ın bu dəfəki müsahibi şairə, prodüser, biznes-ledi və Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü Zəhra Bədəlbəylidir.

Zəhra Bədəlbəyli

– Özünüzü ictimaiyyətə adətən necə təqdim edirsiniz, şair, musiqiçi yoxsa biznes-ledi kimi?

Özümü, adətən, şairə kimi təqdim edirəm. Amma, mövzudan da asılıdır. Misal üçün, may ayının axırında Marketinq forumunda, məhz biznes baxımından çıxış edəcəyəm və orada şirkətin rəhbəri kimi təqdim olunacağam. 

– Azərbaycanda biznes ledi olmaq sizcə nə deməkdir?

Əslində, bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes ledi anlayışının həm müsbət, həm də mənfi məqamları var. Amma, mən bütün həyatda ancaq müsbət halları görməyə çalışıram və bilirəm ki, hansı cəhətlərə daha üstünlük verirsənsə, həmin cəhətlər sənin gündəlik həyatında əks olunur. Ən maraqlı cəhətlərdən biri odur ki, belə olduqda, həm yaxşı, həm də, xoşa gəlməyən hadisələr – özündən asılı olur. Bu da, məhz mənim üçün sərbəstlik deməkdir, və mənim üçün o deməkdir ki, sənin fikrini daha çox dəyərləndirirlər.

– Rəhbəri olduğunuz“Gamma Agency”şirkəti, prodüserlik fəaliyyəti sizin üçün nə ifadə edir, arzu etdiyiniz səviyyəyə çatmısınızmı?

Zəhra Bədəlbəyli

Arzu elədiyim səviyyəyə prodüsserlik cəhətindən bizim ölkəmizdə çatmaq mümkün deyil, çünki, bizim ölkəmizdə musiqi sənayesi anlayışı ümumiyyətlə, yoxdur.“Gamma Agency” rəhbəri kimi, işlərin gedişatından razıyam, çünki, biz artıq böyük və qeyri-adi layihələrlə məşğul oluruq. Bu layihələrin üzərində işləyərkən zamanımız da maraqlı keçir və zəhmətimizin nəticəsini görəndə də öz komandamla qürur duyuram.

– Əvvəlki müsahibələrinizdə qeyd etmisiniz ki, işi olan insanların daha çox dərdi var. Çünki, bir insan sadəcə ailəsini təmin edirsə, öhdəliyini daşıyırsa, iş adamları bütün işçilərinin məsuliyyətini daşıyır. Başqalarının məsuliyyətini daşımaq sizə nə qazandırdı? Özəl həyatınıza zaman qalırmı?

– Düzdür, mən həmişə ətrafda olan insanların həyatına görə özümdə məsuliyyəti hiss edirəm. Bilirəm ki, çox zaman bu mənə bir qədər narahatçılıq gətirir, çünki, öz həyatıma ayıra biləcək diqqət və vaxtı həmin insanlara həsr edirəm. Amma, başqa cürə bacarmıram. Misal üçün deyim ki, şirkətimizi müxtəlif səbəblərə görə tərk edən işçilərə çalışıram ki, hansısa iş tapım. Əlbətdə ki, kazus yaratmayan işçilərə. Öz şəxsi həyatıma az vaxt qalsa da – həmişə balans saxlamaqa çalışıram.  Ailəmə və dostlarıma mütləq hər gün vaxt ayırıram.

Zəhra Bədəlbəyli

– Bir zamanlar şəhərimizin istənilən qəzet köşklərində baş redaktoru olduğunuz zərif “OK! Azerbaijan magazine” jurnallarını görmək olurdu. Təəssüf ki, elektron medianın rəqabəti və bir çox bilmədiyimiz məqamlar həmin jurnalın fəaliyyətinin dayanmasına səbəb oldu. Jurnalın fəaliyyətində qazanmış olduğunuz təcrübəni necə istifadə edirsiniz, nə zamansa belə tərzdə bir nəşr barədə düşünürsünüzmü?

– Bütün keçmiş layihə və işlərim mənə ancaq lazımlı təcrübə qazandırıb. OK! dərgisi həmçinin. Düşünürəm ki, bütün addımlarda keçmişdə olan uğurlar və hansısa nöqsanlar bizə nəyisə öyrədir və bu öyrədiklərimizdən mütləq bu günki işlərimizdə istifadə etməliyik. Həm “OK!” dərgisində, həm Eurovision mahnı müsabiqəsində, həm Gənclər və İdman Nazirliyi, həm Avropa Oyunlarında işlədiyim zaman ən vacib qazandığım yeni tanış olduğum maraqlı insanlar və onların təcrübələridir.

Qiymətli zamanınızı ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirik.

PAYLAŞ