Əsas səhifə Texnologiya Youtubedan pul qazanmaq

Youtubedan pul qazanmaq

Youtube vasitəsilə pul qazanmağın yolu.

4533

Youtube kanalı necə açılır?

Evdə necə pul qazanmaq olar deyənlər və online pul qazanmaq istəyənlər bu məqaləni diqqətlə oxusunlar. Çünki artıq dövr internet dövrüdür və online pul qazanmaq mümkündür. Elə isə youtubeda kanal açmağı və onu reklam hesabına bağlamağı öyrən və sən də evdə pul qazan!

Youtubedan pul qazanmaq üçün əvvəlcə youtubeda kanal açmaq lazımdır. Ancaq bundan da əvvəl gmail hesabı açmalısınız. Gmail acmaq üçün qeydiyyat linkinə daxil olmaqla aça bilərsiniz. Əgər şəxsi gmail hesabınız varsa məsləhətdirki onunla hesab açmayasız çünki gələcəkdə kanalı satmaq istəsəniz şəxsi mail hesabınızı satmayasınız deyə.

Gmail hesabı açan zaman telefon bölməsinə öz nömrənizi yazmağınız mütləqdir. Çünki gələcəkdə təhlükəsizlik tədbirləri zamanı lazım ola bilər. Gmail hesabınızı açdıqdan sonra youtube hesabınıza daxil ola bilərsiniz.

Youtubeya girən zaman sağ üst tərəfdəki mail ünvana daxil olun  və orada yazılan kanal yarat bölməsinə tıklayın və kanala vermək istədiyiniz adı və digər məlumatları daxil edin.

Youtubedan necə pul qazanılır?

Kanalı uğurla yaratdıqdan sonra isə kanalı Adsense hesabına birləşdirmək lazımdır. Adsense haqqında məlumatı olmayanlar Adsense Nədir? adlı məqaləmizi oxuya bilərlər. Ancaq hələlik qısaca deyək ki Adsense Googleun reklam xidmətidir və bu sahədə dünyada bir nömrədir. Əvvəllər internet saytlarında xidmət göstərirdi ancaq Google youtubeu aldıqdan sonra videolarla pul qazanmaq xidmətini də aktiv etdi. Bəs adsense youtubedan necə pul qazandırır?

Belə ki, kanalınızı Adsense hesabına bağlayırsınız və bundan sonra videolarınızda reklam göstərilməyə başlayır. Əgər istifadəçilər reklamlarınıza tıklasalar siz də hər tıklamaya görə qazanc əldə edirsiniz. İndi kanalı adsense hesabına necə bağlayırlar ona baxaq. Sol tərəfdəki Kanal bölməsinə daxil olduqda Pul qazanmaq adlı yazı görəcəksiniz. Pul qazanmaq sözünün qarşısındakı butona tıklayaraq aktivləşdirin. Ancaq bundan əvvəl doğrula butonuna basmağınız lazımdır.

Gmail acmaq

 

Daha sonra açılan hissədən Hesabımı Aktivləşdir düyməsinə basın.

Gmail acmaq

Bundan sonra açılan qisimdə ödəmək Necə Ediləcək qisimini seçin və alt qisimdə yazan Reklam Hesabını Əlaqələndirmə düyməsinə basın.

Gmail acmaq

Açılan hissədə əgər daha əvvəl fərqli bir gmaillə açdığınız Adsense hesabınız varsa Girişə tıklayaraq həmin ilə adsense hesabınızı kanala birləşdirə bilərsiniz. Əgər adsense hesabınız yoxdursa yeni hesab yaratmalısınız. Burada məlumatları daxil edən zaman bütün məlumatları düzgün yazmağınız mütləqdir.

Gmail acmaq

Əgər hər şeyi yazdığımız kimi etdinizsə artıq videolarınızdan pul qazana bilərsiniz. Bunun üçün videolarınıza tıklayıb tənzimləmə qisimini açmaq və oradan pul qazanma hissəsinə keçərək lazımlı işarələri seçin və siz də qazanmağa başlayın. Məsləhətimiz oldur ki original videolar yükləyəsiniz yoxsa Adsense hesabınız bağlana bilər. Sizə bol qazanclar arzulayırıq.

Paylaş