Youtubedan hər ay 1200 dollar qazanan azərbaycanlı məktəbli

Date:

Paylaş:

İnanmayacaqsınız, 16 yaşlı məktəbli və ayda 1200 dollar qazanc…

Reallığa uyğun olmasa da, bu faktdır və ayda bu qədər pul qazanan məktəbli Bakıda yaşayır, adı Əlidir. Çoxları kimi o da internetdən əvvəlcə əyləncə vasitəsi kimi istifadə edib. Amma günlərin birində baxış da dəyişib, əməl də. Əli internet bilgisindən səmərəli istifadə etmək qərarına gəlib və bu qərarını əməli işə çevirməyə başlayıb. Hətta bu işə sosial şəbəkə vasitəsilə tanış olduğu kanadalı Şeyn Alanı da cəlb edib. Dostlar milyonlarla izləyici olan “Youtube” kanal açıblar. Bu kanalda proqram yaratmaq barədə ingilis dilində izahlı videolar paylaşıblar.

Qısa zamanda açdıqları kanal məhşurlaşıb. İzləyicilərin sayı 1 milyonu ötən kimi xarici şirkətlərdən reklam təklifləri gəlməyə başlayıb. İlk olaraq dostlar ayda 600 dollar gəlir götürüblər. İndi bu məbləğ 1200 dollara çatıb.

Diqqət çəkən məqam odur ki, Əli qazancını öz təhsilini artırmaq üçün xərcləyir. Əlavə dərs vəsaitləri əldə edir, imtahanlara hazırlaşır.

Mənbə: ATV Xəbər

Youtubedan necə pul qazanmaq olar?

youtubeden nece pul qazanmaq olar, youtube pul, youtubeden pul qazanma, pul qazandiran saytlar, internetden pul qazanmaq, online pul qazan, internetden pul qazanmagin yollari, evde nece pul qazana bilerem

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...