Əsas səhifə Vakansiya “Young Business Factory” MÜHASİB vakansiyasını elan edir.

“Young Business Factory” MÜHASİB vakansiyasını elan edir.

122

Vəzifə öhdəlikləri:

– Vergi orqanları ilə yazışmalar;

– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;

– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət;

 

Tələblər:

– Müvafiq sahə üzrə ali təhsil;

– Rus dilini mükəmməl bilməli (İngilis dili üstünlükdür)

– B1-B3, Microsoft Office proqramlarını bilmək;

– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək;

– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi;

– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı;

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;

İş qrafiki:

– Həftədə 5 gün 09:00 – 18:00, şənbə 15:00

– Əmək haqqı 500-800 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adı “Mühasib” şəklində göstərilməlidir, əks halda müraciətlərə baxılmayacaqdır. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Paylaş