Əsas səhifə Startup Yerli startapımız Türkiyədə də xidmətə başladı

Yerli startapımız Türkiyədə də xidmətə başladı

410
Paylaş

Məlum olduğu kimi, son illər dünyada trend olan “Influencer Marketing” platformaları sürətlə artmaqdadır. Hətta buna “Reklamın yeni dövrü” deyə adlandıranlar da var.

Buna görə də ötən il  Azərbaycanda brend şirkətlərlə  nüfuzlu sosial media istifadəçiləri və bloqerlərlə birgə sosial media layihələri hazırlamaq məqsədi ilə  Keepface platforması  fəaliyyətə başladı.

Belə ki, bu trendə uyğun Azərbaycan və qonşu ölkələri hədəfləyən Keepface qlobal bazarda genişlənir.

Keepface adlı layihə sevdiyiniz brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan yaradır.

Layihənin rəhbəri isə startap sektorundan bir neçə layihəsi ilə tanıdığımız Vaqif Abbasovdur. Layihənin digər ortaqları isə İT sektorundan  tanıdığımız Elşad Yusifli və marketinq sahəsində fəaliyyət göstərən Emin Vəlidir.

Keepaface artıq Türkiyə bazarında da xidmətə başlayıb.

Bu barədə Xeberler.az-a layihə rəhbəri Vaqif Abbasov məlumat verib.

Qeyd edək ki, bununla da şirkətin fəaliyyət göstərdiyi ölkə sayı 7 olub. Startap Dubay, Gürcüstan kimi ölkələrdə də xidmət göstərir.

Paylaş