PAYLAŞ

65 illik geniş yolsuzluq mirası sayəsində Land Cruiser keyfiyyəti, davamlılığı,etibarlılığı və rəqibsiz yolsuzluq performansı və yüksək keyfiyyətli rahatlığı ilə öz sinfində unikaldır.

DÜNYANIN 190-DAN ÇOX ÖLKƏSİNDƏ

Mövcud Toyota modelləri içində, Land Cruiser öz yolsuzluq göstəricilərinə görə insanlar arasında ən güclü və ən etibarlı “4×4”lərdən biri kimi ön plana çıxmış, Avropanın 10-dan çox ölkəsində öz sinfinin lideri olmuşdur.

Yeni Land Cruiser daha müasir, möhkəm və yeni xarici görünüşü,bununla yanaşı, daha da inkişaf etmiş, rahat və yüksək keyfiyyətli interyer dizaynı,həmçinin, adi yolda və yolsuzluq şəraitindəki qabiliyyətlərinin təkmilləşdirilməsi sayəsində öz etibarını daha da artırır. Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni quruluşlu cihazlar paneli özündə 8 düym olan Toyota Touch® 2 multi-media sistemi, Optitron spidometri, 4,2 dyümlük multi-informasiya displeyini birləşdirir.

Maşının içindəki rahatlıq ön oturacaqlardakı ventilyasiya, arxa oturacaqların qızdırılması, avtomatik klimat-kontrol və yeni smart açar sayəsində daha da artırılıb.

Land Cruiser-in əvəzolunmaz yolsuzluq qabiliyyətinin sirri, yüksək dayanıqlı, deformasiyaya davamlı xüsusiyyətləri ilə yanaşı sinfində özünəməxsus bir quruluş, həmçinin, sürücülərə təklif olunan idarəetmə və texniki dəstək səviyyəsinin birləşməsidir.

Yeni Land Cruiser-in yolsuzluq qabiliyyətləri üç arxa diferensial seçimi sayəsində daha da genişlənmişdir — açıq, qapalı və ya yeni Torsen Yüksək Sürtünmə Diferensialı (YSD). Dairəvi-görüntü Seçmə Sistemi (DGS), 5-pilləli Yolsuzluq Şəraitində İdarəetməyə
Kömək Sistemini avotmatik aktivləşdirən AVTO rejimin əlavə edilməsilə inkişaf etdirilib.

Bundan başqa Dairəvi-görüntü Monitorunun funksiyaları Alt görüntü, Ön hissə görüntüsü, Panoramik görüntü və Geniş Arxa görüntüsü displeyi əlavə edilməklə artırılıb.

DAHA DİNAMİK, MÜASİR VƏ MÖHKƏM TƏRZ

— Modelin unikal dizayn irsindən ilhamlanmış yeni ön dizaynı
— Praktiklik, Davamlılıq və Bacarıqlılığın əsas güclü tərəflərinin saxlanılması
— Modelin yolsuzluq bacarıqlarını təmin edən «funksiyalara uyğun forma» dizaynı
Uğurlu Land Cruiser nəsillərinin xarici görünüşü özündə əsl 4×4 maşından gözlənilən davamlılığı və gücü əks etdirən möhkəm görüntüsünü və istənilən yolsuzluq şəraitində özünü evdəki kimi hiss etdirən dəbli estetikanı birləşdirir.

Yeni Land Cruiser-in ümumi uzunluğu 60 mm artırılmaqla 4,840 mm olmuşdur.
Yalnız 5,8 metrlik minimum dönmə dairəsi ilə müstəsna manevr qabiliyyətinə malikdir.
Yeni dizayn edilmiş kapot, radiator qəfəsi, işıqlar, ön bamper və qoruyucular ilə Land Cruiser-in önü özünəməxsus dizayn irsindən bir neçə elementi özündə əks etdirir.
Yeni Land Cruiser 10 rəngdə mövcuddur, o cümlədən iki yeni rəngdə — “Midnight Emerald Blue” və “Avant-Garde Bronze Metallic”.

YÜKSƏK KEYFİYYƏTLİ İNTERYER

— Sürücü paneli, mərkəzi konsol və sükanın yenilənmiş dizaynı
— Salonun daha zərif, premium keyfiyyətli üzlənməsi və dizaynı

YENİ LAND CRUİSER-İN İNTERYERİ

Sürücü paneli və mərkəzi konsolu özünə daxil edən təkmilləşdirilmiş cihazlar panelinə malikdir. O, özündə daha yaxşı funksionallığı yüksəkkeyfiyyətli yolsuzluq avtomobilinə uyğun zərif dizaynı birləşdirir.
Sükanın özü də yenilənib və indi Land Cruiser V8 modelləri ilə eynidir.

Yeni Land Cruiser-in interyeri iki rəng sxeminə malikdir — qara və yeni premium bej rəngi. Salonun üzlənməsi və dizaynı onun premium görünüşünü tamamlayır, gümüşü rəngi mərkəzi konsolun rənginə uyğunlaşdırılıb.

Ətraflı məlumat üçün Toyota-nın Azərbaycandakı rəsmi nümayəndəliklərinə müraciət edin:

Ətraflı məlumat üçün Toyota-nın Azərbaycandakı rəsmi nümayəndəliklərinə müraciət edin:

Toyota Bakı Mərkəzi
Fəzail Bayramov küç., 26, Bakı
Tel.: *2002
www.toyotabaku.az


Toyota Abşeron Mərkəzi
Bakı-Sumqayıt şossesi, 6-cı km, BakıTel.: *0110
www.toyota-absheron.az


Toyota Gəncə Mərkəzi
Gəncə-Şəmkir şosesi 1-ci km, Gəncə
Tel.: +994 22 256 80 70
www.toyota-ganja.az

PAYLAŞ