Əsas səhifə Biznes sahələri Texnologiya Yeni iPhone modelləri barəsində məlumatlar ortaya çıxıb

Yeni iPhone modelləri barəsində məlumatlar ortaya çıxıb

99
Paylaş

Forbes jurnalistləri yeni Apple smartfonlarının eksklüziv sxematik fotolarını paylaşıblar. Bu barədə Phonearenasaytı xəbər verib. Təqdim olunmuş fotolarda 6.1 inç və 6.5 inç ekranlara sahib iPhone modellərinin dizaynları göstərilib. Bundan əlavə olaraq smartfonlar barəsində əvvəlcədən verilmiş məlumatlara həmdə yeniləri əlavə olunub. 6.5 inç ekrana sahib iPhone modelinin fotosunda bəzi insanlar üçlü arxa kamera yerinə diqqət yetiriblər. Bir çoxlarının fikrincə təqdim olunacaq yeni iPhone modellərindən biri üçlü arxa kameraya sahib olacaq.

Lakin sonradan məlum olub ki, fotoda əslində ikili arxa kamera əks olunub. Üçüncü dairəvi hissə isə işıqlandırma sistemi üçün nəzərdə tutulub. 6.5 inç-lik iPhone modelinin ölçüləri 157.2 x 77.1 mm təşkil edəcək. Bu isə 5.5 inç ekrana sahib iPhone 8-in (158.4 x 78.1 mm) ölçülərindən bir qədər kiçikdir. 6.1 inç-lik iPhone modelinin ölçüləri 147.1 x 71.5 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 5.8 inç ekrana sahibiPhone X-in ölçüləri 143.6 x 70.9 mm təşkil edir. Bu iPhone modeli bir arxa kameraya sahib olacaq və bu ilki iPhone seriyasında ən ucuz qiymət ilə satılacaq. Yeni iPhone modellərinin təqdimatı bu ilin Sentyabr ayında baş tutacaq.

MənbəTechnote.az
Paylaş