Yayda istirahət etmək üçün ən ucuz ölkələr

Date:

Paylaş:

Artıq yay mövsümünün başlanması ilə məzuniyyətə gedənlərin sayı artır. Ona görə də indi ən aktual suallardan biri budur – yay istirahəti üçün  ən ucuz ölkə hansıdır?

Bu sualı turizm şirkətlərindən birinin meneceri Nigar Qaraxanova cavablandırıb. Bildirib ki, yayda istirahət üçün ən ucuz ölkə Türkiyədir. Belə ki, Antalyadakı  istirahət mərkəzləri azərbaycanlı turistlərin ən sevimli xarici turizm məkanları olmaqla yanaşı, həm də ən ucuz məkanlardan biridir.

Belə ki, Antalyada iki nəfərin 3 ulduzlu hoteldə 3 gecə 4 gün gecələməsi 436 dollardan başlayır bəzən isə bu rəqəmdən də ucuz ola bilir.. Qeyd edək ki, bu qiymətə all inclusive daxildir.

N. Qaraxanovanın sözlərinə görə,  Antalyadan sonra azərbaycanlı turistlər arasında ən populyar istiqamətlərdən biri də Budapeşt və Praqadır. Bunun bir səbəbi də həmin istiqamətlərdə qiymətlər digər Avropa şəhərləri ilə müqayisədə daha ucuzdur. Turizm şirkətlərindən verilən məlumata görə, həmin şəhərlərdə 4 günlük istirahət təxminən 500- 600 avroya başa gəlir.

©Fins.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...