Əsas səhifə İş adamları Yataqxanada yaratdığı proqramı 600 milyon dollara satdı

Yataqxanada yaratdığı proqramı 600 milyon dollara satdı

885
PAYLAŞ

Dyn şirkətinin qurucusu və keçmiş icraçı direktoru Jeremy Hitchcock universitet yataqxanasında yaratdığı proqramı Oracle şirkətinə 600 milyon dollara satıb.

Hələ 35 yaşında olan Hitchcock şirkətini Silikon vadisində deyil Mançestrda quran gənc bir təşəbbüskardır. İlk olaraq 2012-ci ildə 38 milyon dollarlıq bir sərmayə alaraq işini böyüdən Hitchcock bu müddət ərzində 100 milyon dollar gəlir gətirən bir şirkət yaratmağı bacarıb.

Oraclın aldığı doqquzuncu şirkət

Dyn şirkətinin strateji mütəxəssisi Kyle York yeni dövrdən müştərilərinə Oracle ilə birlikdə daha keyfiyyətli bir xidmət verməyə başlayacaqlarını söyləyib. Oraclın bu şirkəti almaqda məqsədi bulud platformasını genişləndirməkdir. Dyn Oracle şirkətinin 2016-cı ildə aldığı 9-cu şirkət oldu.

PAYLAŞ