Əsas səhifə Biznes Yaratdığı mobil proqramla milyonçu olan dövlət məmuru

Yaratdığı mobil proqramla milyonçu olan dövlət məmuru

1350
Paylaş

28 yaşlı Londonlu təşəbbüskar Con Reynoldun yaratdığı Swiftkey adlı program, ağıllı telefonlar üçün praktiki klaviaturası ilə tanınır. Conun klaviaturası telefonlar və ya əməliyyat sistemləri ilə gələn standart klaviaturadan daha yaxşı səhv düzəltmə, sözün proqnozu, söz düzülüşünü təxmin edən süni zəka mərkəzli bir proqramdır. Bundan başqa Swiftkey android market və ya Google playdə ən çox satın alınan 2-ci proqramdır.

2010-cu ildə Google-un Android mobil əməliyyat sistemi üçün tanıdılan Swiftkey Klaviatura, eyni anda bir trilyondan çox söz arasındakı əlaqələri araşdırır. Eyni anda SMS, e-poçt, facebook və twitter kimi platformalarda istifadəçi davranışlarını qeydiyyatda alaraq xüsusi təxmin etmə mühərrikini gücləndirir. Swiftkey yazma tərzinizi anlayır və daha sürətli yazmaq üçün barmaqlarınızı klaviaturadan heç ayırmadan sürüşdürərək mətni tez yazmağınızı təmin edər. Proqram eyni zamanda qrammatik və imla səhvlərini də düzəltməyə köməkçi olur.

Reynolds SwiftKeyi 2008-ci ildə dövlət məmuru işləyən zaman hazırlamağa başladı. Con Black Berry klaviaturasında mətn yazan zaman əziyyət çəkən bir dostunu görmüşdü və bu proqramı yaratmaq qərarına gəlmişdi.

Məlumata görə 30 milyondan çox Android cihaz istifadəçisi Swiftkey klaviaturasından istifadə edir. Proqram 2 ildir Google playdə ən çox satılan ödənişli tətbiq olaraq 60-a yaxın ölkədə hökm sürür. Artıq dünyada 200 milyondan çox qurğuda quraşdırılıb. Şirkətə Accel Partners və Index Ventures kimi investisiya fondları tərəfindən 20 milyon dollardan çox sərmayə yatırılıb.

Paylaş