Əsas səhifə Texnologiya Yaponlar könüllüləri əvəz edəcək robot yaradırlar

Yaponlar könüllüləri əvəz edəcək robot yaradırlar

101
PAYLAŞ

2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əcnəbi qonaqları qarşılayacaq robotların sınaqdan keçirilməsinə başlanılacaq. “Report”un TASS-a istinadən məlumatına görə, Yaponiyanın paytaxtının rəhbərliyi prosesə noyabrın 13-də start verəcək.

Yaponiyanın 5 aparıcı texnoloji şirkətinin hazırladığı 5 robot eksperimentdə iştirak edəcək. Bu cür robotların başlıca vəzifəsi turistlərə xidmət göstərməkdir. Onlar 4 dildə – yapon, ingilis, çin və koreya dilində danışır və başa düşürlər.

Yaponiya rəhbərliyi hesab edir ki, Olimpiada və Paralimpiadada bu cür köməkçi-robotlardan istifadə ölkənin yüskək səviyyəli texnologiyasını bütün dünyaya göstərmək üçün bir fürsətdir.

Qeyd edək ki, ХХХII Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqust tarixlərində Tokioda təşkil olunacaq.

PAYLAŞ