Yandex yemək çatdırma işinə girir

1
920

“Yandeks.Taksi” şirkəti “Yandeks.Yeda” (yemək) adlı törəmə MMC (məhdud məsuliyyətli cəmiyyət) yaradıb.

lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, yeni MMC yemək sifarişlərinin ünvanlara çatdırılması biznesini inkişaf etdirəcək. Bu qurum “Yandeks.Taksi” və “Uber”in Rusiya, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan və Qazaxıstandakı bizneslərinin birləşməsi nəticəsində yaranacaq yeni holdinqin tərkibinə daxil olacaq.

Xatırladaq ki, “Yandeks.Taksi” və “Uber” 2017-ci ilin iyulunda postsovet məkanında bizneslərini birləşdirmək barədə razılığa gəldiklərini açıqlayıblar. Birləşmə nəticəsində “Yandeks” yemək çatdırma xidməti “Uber Eats”i əldə edib. Dekabr ayında isə “Yandeks.Taksi” restoranlardan yeməklərin götürülməsi ilə məşğul olan “Foodfox”u alıb. “Foodfox”un yaradıcılarından biri Maksim Firsov “Yandeks.Yeda”nın baş direktoru təyin edilib.

1 COMMENT