Xorvatiya şirkətləri Azərbaycan sahibkarları ilə əməkdaşlıq etmək istəyir

3
745

Xorvatiyanın “EBC Technology” və “FRASSINOX BOŽIĆ” şirkətləri Azərbaycanın sahibkarları ilə əməkdaşlıq etmək istəyir.

“Report” bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azromo”) istinadən xəbər verir.

Qeyd edək ki, “EBC Technology” şirkətinin əsas fəaliyyəti metal növlərinin, dəmir-beton konstruksiyalarının və daşların kəsilməsində istifadə olunan alətlərin və boru elektrodlarının istehsalı və satışıdır. “FRASSINOX BOŽIĆ” şirkəti isə ərzaq, kimya və əczaçılıq sənayesi üçün avadanlıqların istehsalında və xidmətində ixtisaslaşıb.

3 COMMENTS

  1. 678431 920000Safest the world toasts are created to captivate and also faithfulness to your wedding couple. Beginner sound system watching high decibel locations would be wise to always remember some sort of vital secret produced by presentation, which is your auto. greatest man speeches funny 113106