Xarici sahibkar Azərbaycanda sadələşdirilmiş, gəlir və ya əlavə dəyər vergisinin ödəyicisi ola bilər

1
1018

Xarici vətəndaş Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladıqda (VÖEN aldıqda) vergiyə cəlb olunurmu və vergi öhdəliyi hansı müddətdən sonra başlayır?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, xarici vətəndaş vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçilmiş vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərtilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Sadələşdirilmiş vergiödəyicisi olduğu və vergi tutulan əməliyyatın həcmi ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olmadığı halda, xərclər nəzərə alınmadan rüb ərzində satışdan əldə olunan hasilatın həcmindən müvafiq dərəcələrlə (Bakı şəhəri üzrə 4 faiz, digər şəhər və rayonlarda 2 faiz) sadələşdirilmiş vergi, gəlir vergisi ödəyicisi olduğu təqdirdə isə il ərzində satışdan əldə edilmiş gəlirlə həmin gəlirin əldə olunması üçün çəkilən sənədləşdirilmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq ödənilməlidir.

ƏDV ödəyicisi olduğu halda isə, yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı, təqdim olunan malların dəyərinə 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır.

1 COMMENT