Əsas səhifə Maraqlı Xaricde tehsil almaq haqqinda maraqli faktlar

Xaricde tehsil almaq haqqinda maraqli faktlar

795
PAYLAŞ
Xaricde tehsil prosesinin bəzən maraqlı, bəzən qəribə və hətta ağlasığmaz fərqlilikləri olur. Bəs xaricdə necə oxuyurlar.

Xaricde tehsil haqqinda Maraqlı faktlar

xaricde tehsil

1. Çexiyalı məktəblilərin bəxtləri gətirməyib. Onlar cəmi iki dəfə tətilə gedirlər: qışda və yayda. Yay tətilləri isə 2 ay davam edir. xaricde tehsil

Qiymətləndirmə sistemi isə Çexiyada tamamilə qəribədir. Ballar 1-dən 5-ə qədər olur və 1 ən yüksək qiymət hesab edilir. Çexiyada müəllimlər isə bir neçə fənn tədris edə bilirlər. xaricde tehs

Üstəlik bu fənnlər bir-biri ilə heç cür əlaqəli olmaya da bilirlər. Məsələn, riyaziyyat və musiqi dərsi, bədən tərbiyəsi və çex dili.

2. Finlandiyada şagird əgər istəməsə, müəllim ondan ev tapşırığını soruşmaq üçün onu lövhəyə çağıra bilməz. Finlər hər kəsin yanında digərlərinin qüsurlarını ortalığa çıxartmağı sevmirlər. Bu şagirdin dərsə hazır olmadığı halda da belə aiddir. Əgər bizdə belə bir sistem olsa idi, lövhədə ancaq tək-tük şagirdlər cavab verərdi. Lakin sinifdə şagirdlərə iki nəfər nəzarət edir: müəllim və onun köməkçisi. Düzdü, məlum olmayan səbəbdən istər qışda, istər yazda hər tənəffüsdə şagirdlər küçəyə çıxırlar.

3. Kubada yuxarı sinif şagirdləri əmək fəaliyyəti ilə də məşğul olurlar.
İldə 5-7 həftə şagirdlər kənd təsərrüfatı işləri ilə məşğul olurlar. Şagirdlərin işləmək istəyib istəmədikləri isə nəzərə alınmır.

xaricde tehsil

4. Yapon məktəbliləri trimestrlərlə oxuyurlar. İlk trimestr aprel ayında başlayır. İlk trimestrdən sonra, iyul ayının ortasında məktəblilər yay tətilinə çıxırlar. İkinci trimestr standart olaraq 1 sentyabrdan başlayır və dekabrın sonuna qədər davam edir. Aydındır ki, bundan sonra Yeni il tətilləri gəlir. Yanvardan marta qədər üçüncü trimestr davam edir. Yaz tətilləri qısa müddətli olur, cəmi 1 həftə davam edir. Bu zaman şagirdlərin bir sinifdən digər sinfə keçidi baş tutur.

Yapon müəllimləri “sensey” (müəllimlər) adlanırlar. Müəllim vəzifəsi uzun müddət kişi vəzifəsi hesab edilirdi. Yaponiyada bugünkü günə qədər müəllimlərin yarısı kişilərdi.

Üstəlik, bir çox yapon məktəblərində yeməkxanalar yoxdur. Buna görə şagirdlər evdən özləri ilə yemək gətirirlər və elə sinifdə də yeyirlər.

5. İsveç direktorları ilin ortasında bir şagirdi yuxarı sinifə köçürdə bilər. Bunun üçün onlara həmin şagirdin yuxarı sinfin tələblərinə uyğun olduğunu düşünmələri yetərlidir. Təbii ki, əgər şagirdin valideynləri də razı olarlarsa.

6. Çin tələbələrinin isə bəxtləri gətirib. Universitetdə dərslər cəmi 40 dəqiqə davam edir. Onların qış tətilləri də bizim hər bir şagirdimizin arzusudur: dekabrın sonundan fevralın əvvəlinə kimi. Çünki bu aralıqda çinlilər Yeni ili qeyd edirlər.

7. İrlandiyada 6-15 yaş arası uşaqlar məktəbə getməyə məcburdurlar. Tələbələr isə istədikləri vaxt dərsə gedə bilərlər.

8. Norveçdə şagirdləri yaş qrupuna görə bölürlər. Kiçik siniflər, 14 yaşlı yeniyetmələr və 18 yaşlı böyük sinif uşaqları müxtəlif müəssisələrdə oxuyurlar. 8-ci sinfə qədər norveç şagirdlərinə qiymət qoymurlar.

9. Yunan şagirdlərinə o qədər çox güzəştlər təqdim edilir ki, bəzi insanlar təhsil həyatlarını uzatmağa çalışaraq bu güzəştlərlə yaşayırlar. Razı olun, tamamilə pulsuz təhsil, pulsuz tibbi xidmətlər, yeməkxanada pulsuz yemək, nəqliyyatdan istifadəyə güzəştlər və s. – bunların hamısı yunanları daha uzun müddətli oxumağa motivasiya edir.

10. Alman tələbələrinə muzeylərə, teatrlara və idman klublarına səyahətə endirimlər təqdim olunur. Ümumiyyətlə, tələbə biletinə hər yerdə işıq yanır.

Münhen tələbələrinin şəhər nəqliyyatına 25% endirimləri var, şəhər kənarında yaşayanların isə ümumiyyətlə 75% endirimləri var.

11. Amerikada isə məktəbdə davamsızlıq üçün məktəblilər deyil, onların valideynləri əziyyət çəkirlər. Onların valideynləri ümumiyyətlə həbs də oluna bilərlər. Artıq Amerikanın ibtidai məktəblərində dərslər praktiki yönlü olurlar.

Məktəbə şagirdlərin valideynləri dəvət olunurlar və onlar öz peşələri haqqında danışırlar. Amerika məktəblərində siniflərdə 35-40 nəfər şagird olur.

12. Avropa və Amerikada ibtidai məktəblərdə «lança» fasilədən başqa, həmçinin «südə» fasilə də var.

Hər bir ölkədə məktəb və ali müəssisə təhsilinin öz xüsusiyyətləri var. Bizim təhsil sistemimiz də xaricilərə qəribə və qeyri-adi görünə bilər.

©telebe

Xaricdə təhsil almaq üçün ən yaxşı biznes universitetləri

xaricde tehsil

XARİCDE TEHSİL ALMAQ 

xaricde tehsil 2016-2017, xaricde tehsil magistratura, xaricde tehsil dovlet proqrami 2017, xaricde tehsil almaq ucun ne etmeli, xaricde tehsil atestatla, xaricdə təhsil 2016-2017, xaricde tehsil merkezleri, xaricde tehsil dovlet proqrami ixtisaslar, turkiyede tehsil 2017, turkiyede atestatla tehsil, turkiyede tehsil qiymetleri, turkiyede tibb tehsili, xaricde pulsuz tehsil, turkiyede magistratura, turkiyede qiyabi tehsil, italiyada tehsil