Əsas səhifə Konfrans və sərgi Vyanada Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək

Vyanada Azərbaycan-Avstriya biznes-forumu keçiriləcək

168
Paylaş

Martın 2-də Vyanada Avstriya-Azərbaycan biznes-forumunun keçirilməsi nəzərdə tutulur. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik edəcək. Forum çərçivəsində Avstriya iş adamları ilə işgüzar əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin sahibkarlarının iştirakı ilə ikitərəfli görüşlərin təşkili planlaşdırılır.

Paylaş