“Volkswagen” qarşıdakı beş ildə sürücüsüz vasitələrə 34 milyard avro sərmayə qoyacaq

0
768

Almaniyanın avtomobil nəhəngi “Volkswagen”, “Google”ın keçmiş meneceri Kris Urmsonın idarə etdiyi Silikon Vadisi şirkətlərindən “Avrora” ilə sürücüsüz avtomobil inkişaf etdirmək üçün razılığa gəlib.

SÜRÜCÜSÜZ TAKSİ DONANMASI

“Volkswagen”in 2021-ci ilə qədər bir çox şəhərdə sürücüsüz avtomobillərdən ibarət olan taksilərini yollara çıxarmağı planlaşdırdığı bildirilir. Şirkətin bu məqsədlə bu il “Avrora” ilə birlikdə istehsal edəcəyi test avtomobilləri də təqdim edəcəyi gözlənilir.

“Volkswagen” qarşıdakı beş il içərisində sürücüsüz vasitələrə 34 milyard avrodan çox sərmayə qoyacaq.

“Avrora” şirkəti ötən günlərdə Cənubi Koreyanın avtomobil nəhəngi “Hyundai” ilə də sürücüsüz avtomobil məsələsində anlaşmışdı.

©marja