Əsas səhifə Müsahibə 11 yaşından proqramlaşdırma ilə məşğuldur, Rusiyanın Mark Zükerberqi

11 yaşından proqramlaşdırma ilə məşğuldur, Rusiyanın Mark Zükerberqi

1247

Pavel Durov- Mənşəcə Rusiyalı sahibkar, proqramist və millyarderdir. 2001–ci ildə Sankt Peterburq Dövlət Universiteti nəzdindəki Akademik Gimnaziyanı, 2006-cı ildə isə həmin universitetin Filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. “Təbliğat və psixoloji müharibə” ixtisası üzrə hərbi təhsil alıb.

11 yaşından proqramlaşdırma ilə məşğuldur, 22 yaşındaykən artıq böyük bir şirkətin baş direktoru idi. Onun sərvəti hazırda 0,6 milyard dollar qiymətləndirilir və 2016-cı il üçün Forbes jurnalı tərəfindən nəşr olunan reytinqdə 135-ci yerdə göstərilmişdir. 8 dil bilir, adətən qara rəngdə geyinməsi ilə məşhurdur. Haqqında “Durov Kodu. VKontakte və onun yaradıcısının həqiqi tarixçəsi” adlı roman yazılmışdır. Rusiyanı tərk etdikdən sonra şəkər sənayesinin diversifikasiyası Fonduna 250 min dollar bağışlayaraq Karib dənizinin şərq sahilində yerləşən Sent-Kits və Nevis Federasiyasının vətəndaşlığını aldı, eləcə də İsveç banklarından 300 milyon dollar nağd pul götürərək özünün növbəti kompaniyası olan “Teleqram”ı qurdu. “Telegram”-ın hazırda aylıq 100 milyondan artıq aktiv istifadəçisi var.

– Harada böyümüsünüz? 

– Mən Sankt Peterburq şəhərində doğulmuşam. Sonradan atam İtaliyada bir universitetə təyinat aldıqdan sonra biz İtaliyaya köçdük. Ailəm Rusiyaya geri dönənədək bir neçə il mən İtaliyada yaşamışam. Böyüdüyüm yersə yəqinki Sankt Peterburq olub.

-Uşaqlığınızdan yadınızda qalan ən həlledici hadisə hansıdır?

-Ailəm İtaliyaya birinci dəfə səfər edərkən mən nənəmlə birgə Rusiyada qalmışdım. Mənim 4 yaşım var idi, valideyinlərim getmişdi və balaca qardaşımı da özləri ilə aparmışdırlar. Vaxtımı necə keçirəcəyimi özüm müəyyənləşdirməli idim. Yaşlı nənəm isə işləyirdi və təbii olaraq mənimlə oyunlar oynamağa vaxtı yox idi. Bu müddətdə arxalana biləcəyim yeganə insanın yalnız özüm olduğumu öyəndim. Bu mənim ömrümdə özümü dərk etdiyim bir an idi.

-Sizə ən güclü təsir edən kim olub?

-Heç şübhəsiz, qardaşım (Nikolai Durov-u nəzərdə tutur). O, dahidir. İtaliyada onu çətin riyazi tənlikləri həll edə bilən vunderkind uşaq kimi televiziya proqramına dəvət etmişdilər. Yeddi-səkkiz yaşında olmasına baxmayaraq 14 yaşlı uşaqlar üçün olan riyazi məsələləri asanlıqla həll edirdi. Riyazi bilikləri həqiqətən çox əla idi, çoxlu ədəbiyyat oxuyurdu və buna görə də çox ağıllı idi. Məktəb vaxtı riyaziyyatla bağlı demək olar ki, bütün yarışmaların qalibi olurdu. Mən ona çoxlu suallar verməklə ondan çox şey öyrənmişəm, buna görə də ona minnətdaram.

-Dostunuza hədiyyə etmək istəyəcəyiniz kitab hansı olardı?

-Çox güman ki, Mixay Çiksentmixayinin “Axın: Optimal Təcrübə Psixologiyası” kitabı.

-Emosiyalarınızı necə idarə edirsiniz?

-İlk növbədə deyim ki, artıq uzun müddətdir yoqa və meditasiya ilə məşğul oluram. Bilirsiniz bir anda siz beyninizin nevroloji anlamda bədəniniz tərəfindən idarə olunduğunu anlamağa başlayırsınız. Biz emosiyalarımızın əsl səbəbini aydınlaşdırmaq üçün bədənimiz və beynimiz arasındakı əlaqəni yenidən layihələndirməyi bacarmalıyıq. Əgər bunu bacarsaq, real olaraq ətraf aləmi dəyişə və bizim qərarlarımıza təsir edən müəyyən faktorlardan yaxa qurtara bilərik.

-Strateji düşündüyünüzə necə əmin ola bilirsiniz?

-Bugün, növbəti həftə və yaxud yaxın il ərzində edə biləcəyim işlərin müxtəlif variantları üzərində düşünərək və onları qiymətləndirərək. Sizi həyəcanlandıracaq yeni nəsə fikirləşib tapmayanadək, təslim olmamalısınız. Qərarla bağlı tərəddüdünüz varsa biraz yuxunuzu alın və baxın görün yuxudan durduqdan sonra özünüzü necə hiss edəcəksiniz.

-İşlərinizin uğurla həyata keçməsini nə ilə əlaqələndirirsiniz?

-İşə olan həvəs, maraq və prosesi asanlaşdırmaq bacarığı. Asanlaşdırma dedikdə – əlavə və lazımsız olan hər şeyi kəsib atmaq və işin kökünə əsas diqqəti verməyi nəzərdə tuturam.

– Layihələrlə həddən artıq yüklənmiş və öz fokusunu tapmağa çalışan insana nə təklif edərdiniz?

-Axtarışını davam etdirsin. Biznes və texnologiya ilə heç bir əlaqəsi olmayan kitablar oxusun, zehninə ancaq sadə şeylər haqqında düşünsünməklə biraz fasilə versin.

-Vacib olduğuna inandığınız elə bir həqiqət varmı ki, yalnız bir-iki nəfər sizinlə razılaşa bilər?

-Düşünürəm ki, insanların şəxsi-təşkilatlanmalarına daha çox icazə verilməlidir, Hökümətlərin təsiri kiçik olmalıdır. Əslində dövlətlər biz fikirləşdiyimizdən daha az əhəmiyyətlidir. Dövlət nə edir? özünün heç bir əlaqəsi olmayan proseslərçün öhdəçilik götürür. Mən kiçik dövlətlərin və ya ümumiyyətlə dövlətsizliyin vacibliyinə inanıram. Mənim fikrimcə mütləq əksəriyyət ona görə böyük ölkəsinin olmasını istəyir ki, “böyük qardaş” kimi onu qorusun. Səbəb sadəcə budur.

-Sizin üçün uğur nədədir?

-Fikrimcə uğur həyata keçirdiyin və diqqətinin cəmləndiyi işlərə tutquyla, həyəcanla yanaşmaqdadır.

-Xoşbəxt olmanız üçün sizə nə lazımdır?

-İnsanlar sosial statusa həddən artıq diqqət yetirirlər. Məsələn, Londonda yoxsa kiçicik bir kənddə yaşamağın fərqi nədir? İnternetin olduqdan sonra əslində kənddə yaşamaq sağlamlıq nöqteyi nəzərindən daha yaxşıdır. Hava təmizdir və çox ucuzluqdur. İnsanlar bahalı şəhərlərdə yaşamağı üstün tuturlar və külli miqdarda kirayə haqqı ödəyirlər. Şəhərdə qalmağın yeganə səbəbi kirayə puluna və bahalı əşyalar almağa ödəyə biləcəyi qədər çox maaş verən yaxşı iş tapmaq ola bilər.

-Yaşamı necə asanlaşdırmaq olar?

-Başqa insanların bizim beynimizə nüfuz edən səslərindən azad olmaqla. Əhatəmizdə təsirinə məruz qaldığımız o qədər insan var ki. Ailəmiz, dostlarımız, onların inadığı uğur və uğursuzluqlar, yaxşılıq və pisliklər. Birdəfəlik bunlardan azad olmalıyıq. Digər insanların bizim işimiz haqda düşüncələrinə və dediklərinə məhəl qoymamalı, sadəcə bizə lazım olana diqqətimizi cəmləməliyik.

-Siz bunu necə edirsiniz?

-Tənha və sakitlikdə çoxlu vaxt keçirirəm, əlbəttə özümə qapanaraq və bundan əzab çəkərək deyil, özümü xoşbəxt hiss edərək. Biz adətən digər insanlarla ünsiyyətdən, onların cəmiyyətindən asılı oluruq. Misal üşün burada, ABŞ-da iki insan bir yerdə olanda aralarında bir-neçə dəqiqəlik susqunluq yaranarsa özlərini narahat hiss edəcəklər. Əlbəttə ki insanların bir-biri ilə söhbətə maraqlı olması, bu cür yaxşı münasibət göstərməsi xoşagələn bir haldır, ancaq sizin özünüzə aid, digərlərinin təsir göstərə bilməyəcəyi məsafəli “sərhədlənmiş” sahəniz olmalıdır.

-Sizin şirkətlərinizi uğurlu edən həlledici məqam nə olmuşdur?

-Bəzi insanlarda belə bir xislət var ki, onlar yaratdıqları şeyin sonrakı taleyi ilə ciddi maraqlanırlar. Mən bu çərçivədən hətta biraz da kənara çıxanlardanam. Mənimçün işimin həyəcanverici məqamı odur ki, qurub-yaratdığım nəsə sonradan insanlar tərəfindən yeni nələrinsə yaradılması üçün platforma kimi istifadə oluna bilinsin. İlk dəfə interneti özümçün kəşf edəndə, heyrətə gəldim: deməli, siz bir şəbəkə yaradırsınız və digər insanlar da gəlib burada öz kontentlərini (məzmunlarını) yerləşdirirlər, inanılmazdır. Məhz bu fikirləri ağlımda tutaraq mən ilk layihəm “VKontakte”-yə başlamışdım.

-Bir qurucu üçün xarakterik cəhətlər hansılardır?

-Yeniliklər yaratmağa olan həvəs, maraq, özünə qarşı tələbkarlıq, işinə olan sevgi və əlbəttə ki, əzmkarlıq.

-İdeya üzərində düşünmək və onun icrasını həyata keçirmək arasında necə balans yarada bilirsiniz?

-Düşünürəm ki, onlar arasında təbii ayırıcı cizgi mövcuddur. Ya düşünməliyəm, ya işləməliyən, lakin uyğun vaxtı seçməklə balans yaratmaq mümkündür – iş günlərində insanın diqqəti adətən icraya yönəlir, həftəsonları isə miqyası biraz azaldaraq bütöv rəsm haqqında düşünməyə macal tapırsan.

-Müəyyən bir hadisənin təsirinin qaçılmaz olduğu zamanlarda həmin təsiri hansı yolla aradan qaldıra bilirsiniz?

-Dəyişə bilməyəcəyim bir hal baş verəndə yaxşı şeylərə fikrimi cəmləməyə çalışıram, çünki baş vermiş hadisənin, hətta ən faciəvilərinin belə mütləq yaxşı və pis tərəfləri olur. Dəyişə bilməyəcəyin nəyəsə görə qəmgin olmanın heç bir faydası yoxdur. Situasiyaya uyğunlaşmalı və əlində olanlarla bundan sonra nə edə biləcəyin haqda düşünməlisən.

-Siz yaxınlarınızla münasibətlərinizi necə nəzarətdə saxlayırsınız?

-Çox sadəcə, Mən vaxtımın 90 faizini işlədiyim insanlarla ünsiyyətdə oluram, qalan 10 faizini isə qohumlarımla, doğmalarımla, xüsusən də qardaşımla keçirirəm. Qardaşımla həm də bir yerdə işləyirik.

-Özünüzdən yaşca cavan olanlara nə məsləhət görərdiniz?

-Ən vacib məsləhətim budur ki, gördükləri iş barədə çox əsəbləşməsinlər. Mən stressli işlə məşğul oluram və yaxşı başa düşürəm ki, əsas ehtiyacımız olan sakitliyimizi qorumaq, rahat olmaqdır.

-Əgər sizə tarixi şəxsiyyətlərdən biri ilə şam edə bilmək imkanı verilsəydi, bu kim olardı?

-(gülür)Yuli Sezar məncə şam etmək üçün yaxşı variant olardı. Bu insan eyni zamanda həm şair, həm yazıçı, həm general, həm siyasətçi, həm də kahin olmuşdur. Fikrimcə bu bir insanda cəmləşə biləcək mükəmməl uyğunlaşmadır. Bu cür hərtərəfli, multi-funksional insandan çox şey öyrənmək mümkün olardı.

Albert Popkov və odnoklassnikin yaranma tarixçəsi

Paylaş