Əsas səhifə Texnologiya Vikipediya nə qədər qazanır?

Vikipediya nə qədər qazanır?

552
PAYLAŞ

Yardıma əsaslanan gəlir modeliylə işləyən dünyanın ən böyük internet ensiklopediyası Vikipediya (Wikipedia), topladığı ianələrlə hər il bir əvvəlki ilə görə daha çox qazanc əldə edir.
Vikipediyanı çox güman ki, internetdə bir şeylər araşdıran zaman dəfələrlə ziyarət etmisiniz. Dünyanın ən böyük internet ensiklopediyası hər keçən il məlumatların doğruluğu və tərəfsizliyi mövzusunda dünya səviyyəsində sərt tənqidlərə məruz qalır. Məsələn Türkiyədə jurnalist yazıçı Murat Bardakçı Vikipediyada səhv məlumatlar olduğunu və bu mənbənin tələbələrin akademik göstəricilərinə mənfi təsir etdiyini düşünür. Bu səbəblə də Vikipediyanın Türkiyədə qadağan olunmasını müdafiə edir.

Vikipediyada olan məlumatların düzgünlük və tərəfsizliyi uzun bir müddətdir müzakirə mövzusudur. Lakin Vikipediya ilə əlaqədar müzakirə edilən tək mövzu yalnız bununla məhdud deyil.
Vikipediya tərəfsizliyini qorumaq, reklam almamaq və nəşrləri davam etdirə bilmək üçün hər il müəyyən dövrlərdə ianə yığır. Vikipediyaya ianə yığmaq mövzusundakı tənqidlər, ümumiyyətlə Vikipediyanın bağlı olduğu Wikimedia fondunun hər il daha çox zənginləşdiyini düşündürür.

Buna baxmayaraq Vikipediya əvvəlki illərə görə hər il yığdığı ianə miqdarlarını artırır. Ötən il hər il olduğu kimi Vikipediyanın arxasındakı qeyri-kommersiya təşkilatı olan Wikimedia fondu saytın işləri ilə əlaqədar xərcləri qarşılamaq üçün il sonuna doğru böyük bir ianə yığmaq kampaniyası təşkil etmişdi. Bu ianə kampaniyası həqiqətən böyük bir müvəffəqiyyət əldə edilmiş, 1 iyul 2015-ci il – 30 İyun 2016-cı il tarixləri arasında 77.8 milyon dollar ianə toplanmışdı. Fondun ianə toplamağa başladığı 2007-ci ildə bu rəqəm yalnız 2.2 milyon dollar idi.

Vikipediyanın ianə yığması hər nə qədər tənqid olunsa da ayda təxminən 15 milyard səhifəyə daxil olunur ki bu da öz növbəsində böyük bir xərc meydana gətirir. Digər tərəfdən fond işçilərə də maaş ödəyir. Vikipediyanın ianələrdən əldə etdiyi gəlirlər qədər xərcləri də var. Məsələn məlumatlara görə keçən il fondun 65.9 milyon dollar xərci olub. Bu məbləğın yarısından çoxu işçilərin maaşlarını ödəmək üçün istifadə edilib.

PAYLAŞ