Əsas səhifə İş adamları Axtarış sistemlərinin alqoritmasını yaradan milyarder çinli

Axtarış sistemlərinin alqoritmasını yaradan milyarder çinli

484

Robin Li 1968-ci il noyabrın 17-də anadan olmuş və Çinin ən məşhur axtarış sistemi Baidunun təsisçilərindən biri olan Çinli iş adamıdır. 

Robin Li Çinin Sançi şəhərində dünyaya gəlib. 4 qardaşı var. Anası ona hər zaman oxumağı və özünü xilas edə biləcəyini və valideynlərinin gələcəyi olmadığını söyləyib.

Məktəbdə əla oxuyan Li məzun olduqdan sonra paytaxt Pekində ali təhsilə başlayır. Universiteti bitirdikdən sonra universitetdə müəllim kimi fəaliyyət başlasa da gənc Li xəyallarını həyata keçirmək üçün tək yolun ABŞ-a getmək olduğunu başa düşür.

ABŞ-da Buffalo Universitetində komputer mühəndisliyi üzrə təhsil alır. Universiteti bitirdikdən sonra ölkəsinə qayıtmaq əvəzinə ABŞ-da işləməyə başlayır. Burada axtarış sistemləri alqoritmləri üzərində işləməyə başlayan Robin Li bundan sonrakı həyatını axtarış sistemləri üzrə qurmağa başlayır.

Patent qəbul edildikdən sonra Robin Liyə yeni imkanlar yaranmağa başlayır. Bu imkanı ona Çin hökuməti yaradır. Ölkəsinin dəstəyi və dostu Eric Xunun ortaqlığı ilə 1.2 milyon dollarlıq investisiya ilə Baidunu yaradırlar.

Robin Li qurduğu axtarış sisteminə ad axtaranda çox ehtiyatla davranır. Baidu adı 800 il əvvəl Song xanədanlığı dövründə yazılmış bir şeirdən götürülür. Robin Liyə görə 1.3 milyard əhalisi olan internet bazarı dünyada ən sürətlə inkişaf edən ölkəsi olan Çində axtarış sisteminin adı da yerli olmalı idi.

Valideynləri fabrik işçisi olan gənc Robin 10 ildən qısa bir müddətdə dünyanın ən böyük şirkətlərindən birini yaratmağa müvəffəq olur. 2010-cu ilin məlumatına görə Baiududa 11 min insan işləyir. Sürətlə inkişaf edən Çin bazarında Robinin sərvəti isə sürətlə artmağa başlayır.

2017-ci ilin göstəricilərinə görə iş adamının 15.8 milyard dollar sərvəti var.

Paylaş