Əsas səhifə Biznes Vahid Ələkbərovun oğlu dəmiryolu şirkəti alır

Vahid Ələkbərovun oğlu dəmiryolu şirkəti alır

356
PAYLAŞ

“LUKoil”un rəhbəri və əsas səhmdarı Vahid Ələkbərovun oğlu Yusif “Vestern Petroleum Transporteyşn” (VPT) dəmiryolu operatorunu alır.

yusif ələkbərov

Bu şirkət 2003-cü ildən bazara girib və uzun zamandır ki, “LUKoil”un törəmə müəssisələri ilə əməkdaşlıq edir.

Təkcə 2015-ci il ərzində 109 milyon rubl gəliri olub. Şirkətin hazırda 400 dəmiryolu sisterni var və onların hamısı “LUKoil”un törəmə şirkəti – “LUKoil-Transom” tərəfindən icarədədir.

27 yaşlı Yusif Ələkbərov “LUKoil” şirkətinin 0,13% aksiyasına sahiblik edir. Vahid Ələkbərov 2015-ci ildə bəyan etmişdi ki, oğlu 2-3 ildən sonra sistemdə öz karyerasını quracaq.

Məsələ ilə bağlı Yusif Ələkbərovla əlaqə saxlamaq mümkün olmayıb, “LUKoil” isə xəbərə şərh verməkdən imtina edib.

Mənbə: Kommersant

PAYLAŞ