Əsas səhifə Biznes Vətəndaşlığını ala biləcəyiniz ölkələr- Qiymətlər

Vətəndaşlığını ala biləcəyiniz ölkələr- Qiymətlər

288
Paylaş

Bu günki gündə sərvətinizi göstərmək üçün bir ada və ya gəmi almaq lazım deyil- ehtiyyat pasportu əldə edə bilərsiniz. Bloomberg, vətandaşlığın satın ala biləcəyiniz ölkə siyahısını tərtib edib. Doğrudur, bu adi  insanların  cibinə görə deyil.

Vətəndaşlıq məsələləri ilə məşğul olan Henley Partners konsaltinq şirkətinin rəhbəri Xristian Kalinin sözlərinə görə, zəngin insanlar öz ölkələrində bir inqilab vəziyyəti baş verdikdə və ya başqa bir ciddi tənəzzül vəziyyətində təhlükəsizliklərini təmin etmək üçün belə addım atırlar.

Gəmiləriniz və təyyarələriniz varsa, satın almaq istiyəcəyiniz növbəti şey- Malta pasportu olacaq. Bu yeni bir statusun simvoludur. 

Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra ölkələr müəyyən bir meyarlara cavab verdikdə insanlara vətəndaşlığı verməyə hazır olurlar. Bununla belə, dünyanın 10 ölkəsi vətəndaşlıq almaq kimi bir lüks təqdim edə bilir: əksəriyyət- ölkəyə bir başa investisiya yerləşdirməklə, əmlak almaqla və ya yerli bizneslə məşğul olmaqla ala bilir. Onlardan səkkizi dəniz zonasında yerləşir, lakin Kalinin sözlərinə görə alıcıları vergidən yayınma ehtimalı deyil, sabitlik cəlb edir.

  • Avstriya- 27.7 milyon dollar. 1985-ci ildən etibarən almaq olar. Tələb: yerli iqtisadiyyata fəal sərmayə qoymaq. Avstriya vətəndaşlığının verilməsi hökümətin gizlilik qanunlarına tabedir, buna görə də digər ölkələrdə bu nəşr olunmur və heç bir yerdə məlumat verilmir.
  • Kipr-2.4 milyon dollar. 2002-ci ildən almaq olur.
  • Malta-11 milyon dollar. 2014-cü ildən almaq olar. Gəlirdən və ya aktivlərdən vergi tutulmur, investisiya pullarının 15% vergiyə cəlb edilir.
  • Türkiyə-1 milyon dollar. 2017-ci ildən etibarən ən azı 1 milyon məbləğində daşınmaz əmlak alaraq və ya 3 il müddətinə 3 milyon ABŞ dolları məbləğində bir Türk bankında hesab açaraq almaq olar.
  • Vanuatu-226 500 dollar. 2013-cü ildən almaq olar. Ərizəçilərin pasportları 60 gündən az müddətə əldə edə biləcəyi sürətləndirilmiş proqram tətbiq edilib.
  • Sent-Lyusiya-100 000 dollar. 2015-ci ildən almaq olar. Yeni vətəndaşlara oranı ziyarət etmək və ya orada yaşamaq məcburi deyil.
  • Dominika-100 000 dollar. 1993-cü ildən almaq olar. Ən ucuz yolu, adanın iqtisadi Diversifikasiyası Fonduna 100min ABŞ dolları həcmində yardım etməklə vətəndaşlığı əldə etməkdir.
  • Antiqua və Barbuda-100 000 dollar. 2013-cü ildən almaq olar. Əhalidən gəlir vergisi 2016-cı ildən ləğv edilib.

Xatırladaq ki, Ukraynalılar Estoniyada açıq şirkət sayında əcnəbilər arasında liderdir. Bu, ölkənin elektron vətəndaşlıq almaq üçün sadələşdirilmiş prosesin tətbiqi əsasında mümkün olub.

Paylaş