Əsas səhifə İş adamları Universiteti tərk edib milyon dollarlıq saat markası yaradan 2 tələbə

Universiteti tərk edib milyon dollarlıq saat markası yaradan 2 tələbə

1683
PAYLAŞ

Amerikada universiteti tərk edib təşəbbüskar olmağa qərar verən iki tələbə saat sektoruna girmək qərarına gəliblər və MVMT adlı marka ilə dünyanın ən sürətli böyüyən saat markasını meydana gətiriblər.

2013-ci ildə başlayan MVMT markasının hekayəsi Jake Kassan və Kramer LaPlantenin bir araya gəlib mağazalardan alına biləcək münasib qiymətli və keyfiyyətli bir saat markasının olmadığını gördükdə başladı. Kütləyə birbaşa xitab edən bir markanın olmadığını görən və bu boşluğu doldurmaq istəyən iki tələbə, bu seqmentə uyğun bir marka yaradaraq saat sektoruna daxil olmağa qərar verdilər.

MVMT milenium gənclərə xitab edəcək dizaynlarıyla diqqət çəkməyi bacardı. Markanı yaratdıqdan üç ay sonra 6 ədəd öz dizayn etdikləri saatı 5 min dollarlıq sərmayə üçün Indiegogo platformasında yerləşdirdilər. Ancaq marka çox sevildi və 290 min dollarlıq sərmayə ilə platformada ən çox sərmayə toplayan ikinci geyim markası oldu.

Saatın həmtəsisçisi LaPlante özlərinə uyğun bir saat markası tapa bilmədikləri üçün bu işə başladıqlarını söyləyir.

Məktəbi tərk edib saat biznesi quran türk iş adamı

MVMT adlı marka aşağı qiymətli və gözəl saatlarla sektordakı boşluğu doldurur. Saat istehsalının ənənəsinə tərs bir anlayış olan bu strategiya bir çox saat şirkətlərinin reaksiyalarına səbəb olub.

Online şəkildə satış edən bu marka bununla yalnız e-ticarəti istifadə edən ilk saat markası olmağı bacarıb. Sosial mediada sadiq bir heyran kütləsi və məlumatlarla irəliləyən marketinq strategiyalarını birləşdirərək üç il ərzində 160 ölkədə 600 min saat satmağı bacaran şirkət, saat alan kütlənin 75 faizinin 18-34 yaş arası olduğunu bildirir.

2013-ci ildə qurulduğundan bu yana MVMT 4 dəfə böyüyərək saat sektorunda ən sürətli böyüyən marka olmaq xüsusiyyətini də əldə etməyi bacarıb. İlk birinci ilində 1 milyon dollar gəlir əldə etdiyini açıqlayan marka 2015-ci ildə bu rəqəmi 30 milyon dollara qədər artırıb. 2016-ci ildə isə 60 milyon dollarla getdikcə böyüyən bir saat markası olduqlarını göstəriblər.

Saat almağa pulu yox idi milyon dollarlıq saat biznesi qurdu.

PAYLAŞ