Uğursuz olmağın o qədər də pis bir şey olmadığını göstərən 6 səbəb

1
769

Hamımız xəyal qurmağı, hədəflər müəyyənləşdirməyi və yaxşı bir gələcək haqqında düşünməyi sevirik. Gələcəklə bağlı nə qədər pozitiv düşünməyə meylli olsaq da, bəzən işlər istədiyimiz kimi getməyə bilər. Uğursuzluq və uğursuz olmaq qorxusu çox insanın addım atmasını əngəlləyən ən kritik nöqtələrdən biridir. Qorxmağın yerinə vəziyyəti olduğu kimi qəbul etməyimiz yolumuza davam etməkdə köməklik edər. Bəlkə də, qorxduqlarımızın baş verməsi bizi daha da irəliyə aparar.

1) Həyatda hamı nə vaxtsa uğursuz olub.

Hər kəs həyatında ən azı bir dəfə uğursuz olub. Həyatımız boyunca minlərlə qərarlar alarıq, bu qərarlar bəzən doğru, bəzən isə, yanlış ola bilər. Uğursuzluqdan qaçmaq sadəcə yerinizdə addımladığınızı göstərir. İstənilən şəxsin bioqrafiyasını oxusanız, həyatında ən azı bir dəfə uğursuz olduğunu görərsiniz. Həyatda uğursuzluq qaçınılmazdır.

2) Uğursuzluq ən yaxşı müəllimdir.

Bir sahədə özümüzü mütəxəssis hesab etsək də, inkişaf etdirməyimiz lazım olan zəif tərəflərimiz hər zaman olacaq. Bəzən uğursuz olmadan hansı sahədə özümüzü necə inkişaf etdirməyimizin lazım olduğunu bilmirik. Bu yeni bir işə başladığımızda, rəhbərimizin xətalarımızı deməsinə bənzəyir. Həvəsimizi öldürmür, amma inkişaf etməyimizə köməklik edər. Vaxt ötdükcə bənzər problemlə qarşılaşdığımızda artıq nə edəcəyimizi bilərik.

3) Uğursuzluq gücləndirir.

Uğursuzluq güclü və zəifi ayırd edir. Bəzi insanlar uğursuzluqla qarşılaşarlar və sonra yollarına davam etməzlər. Bəzi insanlar isə uğursuzluqla qarşılaşan zaman inandıqları yola daha güclü bağlanmağa başlayarlar. Güclülər yıxılarlar, amma sonra yenidən ayağa qalxarlar.

4) Uğursuzluğu qəbul etsəniz, fürsətləriniz artar.

Uğursuzluqdan qorxan insanlara diqqətlə baxsanız, necə darıxdırıcı insan olduqlarını görərsiniz. Onlar komfort zonalarından çıxmazlar. Uğursuzluqdan qorxmayan insanların isə, ağıllı riskə getdiklərini görərsiniz. İstənilən hər şeyi qarşılaya bilmədiklərinə baxmayaraq, böyük həcmli bir işə girişərlər çünki, qorxmurlar. Uğursuzluq qorxusuna məğlub olmuş insanlar isə, çox vaxtı həyatlarında qarşılarına çıxan fürsəti dəyərləndirib-dəyənləndirməyəcəyini fikirləşərkən həmin fürsəti itirərlər.

5) Uğursuzluq kəşf etməyinizə imkan verər.

Uğursuzluqdan sonra çox vaxtı sorğu-sualla qarşılaşırıq. Doğru yerdəyəm? Doğru yerə gedirəm? Bu sorğulama başqa mövzulara keçməyinizə səbəb ola bilər. Bəlkə, doğru yolda olmayacağınızı qabaqcadan başa düşə bilərsiniz.

“Hara gedəcəyini bilmirsənsə, hansı yoldan getməyinin heç bir önəmi yoxdur”.

6) Uğursuzluqdan sonra əldə edilən uğur ən yaxşısıdır.

Uğurun dəyərini uğursuz olmadan necə anlaya bilərik? Çatmaq istədiyimiz yerə gedənə qədər aşılan çətinliklərin hamısı axırda buna dəydi deyə bilmək üçündür.

“Həmişə cəhd etdin və həmişə məğlub oldun. Eybi yoxdur. Yenə cəhd elə və yenə məğlub ol. Bu dəfə daha yaxşı məğlub ol” — Samuel Beckett

moneta.az

1 COMMENT