Əsas səhifə Məqalələr Fərdi inkişaf Uğurlu təşəbbüskarların iş masaları necədir?

Uğurlu təşəbbüskarların iş masaları necədir?

609
Paylaş

İş dünyasının uğurlu insanlarının iş masalarının necə olduğu barədə heç maraqlanmısınızmı? Zükerberq, Musk, Geyts kimi uğurlu təşəbbüskarların iş masaları necədir və bu masalarda nələr olur?

Mark Zükerberq- Facebook qurucusu və CEO-su.

Zükerberqin iş masasında iki uşağının fotoları var. Bununlardan əlavə kitablar, Facebook logolu əşyalar, Macbook, kitablar və kabelsiz mikrofon var. Eyni zamanda Facebook-un üstündə işləməkdə olduğu “AMOS-6” peykinə aid maket də masada yer alır.

Elon Musk — SpaxeX və Tesla CEO-su.

Muskun SpaceX mərkəzindəki masasında əslində çox da qeyri-adi şeylər yoxdu. Kitablarla dolu masasında kompüter və  roket maketi yer alır. Masanın bir hissəsi pəncərəyə istiqamətlənib. Stulun digər tərəfində başqa bir masa da var. Musk, kompüterin arxasından qalxıb burdaki masaya keçərək iclaslarını edir.

Oprah Vinfrey- OWN qurucusu və CEO-su.

Dünyaca məhşur tok-şou aparıcısı Oprah Vinfrey-in olduqca səliqəli bir masası var. Vinfrey-in masasında qazandığı “18 Emmi” mükafatı və Nelson Mandela ilə çəkilən bir fotosu yer alır.

Bill Geyts- Microsoft qurucusu və prezidenti.

Bill Geytsin masası olduqca sadədir. Geytsin masasında nə kağız nə də qələm yoxdur. Şəxsi dijital stilini əks etdirən masasında sinxron edilən 3 ekran tək bir ekran kimi istifadə edir.

Riçard Branson- Virgin Holdinq qurucusu.

Digər uğurlu təşəbbüskarların əksinə Branson nə ofis mühitini nə də iş masalarını sevir. Şərikləri və işçiləri ilə planladığı iclaslarını çox zaman özünə aid olan “Necker” adasında edir. İş ma    sası yerinə də sallanacağı ya da vannanı seçir.

Anna Vojciki — 23andMe qurucusu və CEO-su.

Anna Vojciki, DNA sahəsində işləyir və iş masasını çox istifadə etmir. Bu səbəbdən də kompüterini harada istifadə edirsə, ora iş masası olur. Vojciki işləyəcəyi zaman adətən kafeyə gedir. Ofisində özünə aid bir iş masası olsa da işləmək üçün öz masasının xaricində başqa yerləri seçdiyini söyləyir.

Arianna — Huffinqton

Thrive Global və Huffington Post qurucusu və CEO-su.
Huffinqton, Thrive Global ofisində ya da Nyu Yorkdak
ı evində işləməyi seçir. Ofisindəki bütün masalar olduğu kimi, öz otağında da yatmaq kabinləri və qaçış aləti də olur. Evində isə masası yatağından uzaq bir yerə yerləşdirilib. Masası olduqca sadə və gözəl görsənir.

Shreyl Sandberg – Facebook İcraçı direktoru

Facebook-da işləyən digər hərkəs kimi Sandbergində masası bölməsizdir. Amma İcraçı direktor masasında çox zaman keçirmir. Bunun yerinə konfrans otaqlarında iclaslar edərək gününü keçirir. Bu səbəbdən  konfrans salonunda yer alan masanı şəxsi iş masası kimi düzəldib. Masada isə dodaq kremi, biləyindəki ağrıları azaltmaq üçün fizyoterapiya çubuğu və son olaraq diet kolası var.

Bəs sizin iş masanız necədir?

İlkin Mirzəzadə, bizplus.az

Paylaş