Əsas səhifə Fərdi inkişaf Uğura gedən yolda qarşımıza çıxan 4 psixoloji qorxu

Uğura gedən yolda qarşımıza çıxan 4 psixoloji qorxu

270

Həyatımızda bizi istiqamətləndirən iki böyük əngəl vardır. Bu əngəllər bizdən asılı olub-olmadığına görə tiplərər ayrılır. Bizdən asılı olan əngəllər bizim davranışlarımızla, beynimizdən göndərilən siqnallarla müəyyən edilir. Bizdən asılı olmayan səbəblərə gəldikdə isə bunlar qarşımıza çıxan gözlənilməyən risklər, psixoloji amillərdir. Uğurli insanlar bu iki əngələ qalib gəlib həyatını müəyyən şəkillərə sala bilirlər. Amma statistik araşdırmaya görə uğurunu isbatlamış insan belə psixoloji qorxulardan əziyyət çəkir. Bəs onlar hansılardir?

1. Adaptasiya qorxusu

Adi yatdığımız yatağı dəyişdirdikdə belə yatmaqda çətinlik çəkirik. Uğur dediyimiz anlayış da məhz adaptasiyadan yaranır. Bu fikri təsdiqləmək üçün Eynşteyndən  bir misal gətirək. Onun məktəb illərində qiyməti yaxşı olmayıb. Bu onun axmaq olduğumu deməkdir? Yox təbii ki, sadəcə o məktıbə adaptasiya ola bilmirdi. O uğurunu məktəbdə yox, nisbilik nəzəriyyəsində tapıb. Deməli uğurun mənbəyi adaptasiyadır.

2. Qısa müddətli həzz qorxusu

Uğur qısa müddətli yox təsiri böyük olmalıdır. Bunu türklərin sözü ilə ifadə etsək, fırtına öncəsi səssizlik kimi. Ordakı fırtına bizik. Hansı daha yaxşıdır? Şokoladlı tortun bir dilimi yoxsa bütövü?

3. Özünü inkişaf qorxusu

İnsanlar inkişaf etmək istəyir, amma qorxur, çünki dəyişmir. Dəyişmək təkcə xaricdə olmur, daxildə də istək olmalıdır. Dəyişin deyəndə mən stilinizi yox oxuduğunuz kitabları nəzərdə tuturam. Dəyişmək inkişafdır.

4. “Mən edə bilməyəcəm” qorxusu

Halva-halva demeklə agız şirin olmur, gərək o halvanı bişirəsən. Siz heç həmin halvanı bişirməyə cəhd etdinizmi? Əgər cəhd etdinizsə doğru yoldasınız.

Hikmət Əliyev. Bakı mühəndislik universiteti. 

Paylaş