Əsas səhifə Maraqlı Ucuz səhm almaq üçün zəncirvari partlayış planları etdi

Ucuz səhm almaq üçün zəncirvari partlayış planları etdi

971
PAYLAŞ

Amerikanın ən böyük ikinci mağaza zənciri olan Targeti New Yorkdan Floridaya qədər bombalayıb, şirkətin səhm qiymətlərinin düşməsindən sonra ucuz səhm almaq istəyən Mark Charles Barnettin bu planının son anda qarşısı alındı.

ABŞ-ın Şərqində yaşayan 48 yaşlı Barnettin, bombaları ərzaqların arasında gizlətməyi planlaşdırdığı və bunun üçün 10 min dollar qarşılığında bir adam da tutduğu müəyyən olundu.

Adam qaçırma, təcavüz, oğurluq, silahlı soyğun kimi bir sıra cinayətdə məhkumluğu olan Barnettin planı pul qarşılığı ilə razılaşdığı, adı açıqlanmayan və ‘gizli şahid’ kimi saxlanılan adamın ona verilən bombalarla birlikdə polisə müraciət etməsiylə ortaya çıxdı.

Evində edilən axtarışda M-5000 tipli partlayıcılar və bunlar üçün istifadə ediləcək batareyalar olan Barnett polislər tərəfindən yaxalanarsa 10 il həbs cəzası alacaq.

PAYLAŞ