Uberin CEO-su istefa verdi

Date:

Paylaş:

ABŞ-ın “Uber” şirkətinin yaradıcısı və baş icraçı direktoru Trevis Kalanik vəzifəsindən istefaya getdiyini açıqlayıb.

İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi məlumata görə, qərar şirkətin iri sərmayədarlarının təzyiqi ilə qəbul edilib. Onlar T. Kalanikə məktub yazaraq onu istefaya çağırıblar. Mənbələr bildirir ki, T. Kalanik bu tələbi Direktorlar Şurasının üzvlərindən biri ilə müzakirə edib, eləcə də sərmayədarlardan bir neçəsi ilə danışıqlar aparıb. Yekunda o, istefa barədə qərar qəbul edib. T. Kalanik Direktorlar Şurasının üzvü olaraq qalacaq.

“Mən “Uber”i dünyada hər şeydən çox sevirəm və özüm üçün belə çətin məqamda investorların tələbini qəbul edirəm ki, “Uber” yola davam edə bilsin və növbəti münaqişəyə başı qarışmasın”, – deyə T. Kalanikin açıqlamasında bildirilir.

Qeyd edək ki, ötən həftə Trevis Kalanik əməkdaşlara məktub yazaraq şirkəti müvəqqəti olaraq tərk etdiyini bəyan edib. O, məktubunda izah edib ki, ötən ay anasının ölümü ilə nəticələnmiş faciəli hadisədən sonra özünə gələ bilməsi üçün məzuniyyət götürməyə məcburdur. Hadisə Payn Flet gölündə qayıq gəzintisi zamanı baş verib. “Ötən hadisələr mənə bunu anlatdı ki, insanlar işdən vacibdir. Cümə günü dəfn etdiyim anamın yasını tutmaq, eləcə də düşünmək, öz üzərimdə işləmək və dünya səviyyəsində rəhbər komanda formalaşdırmaq üzərində diqqətimi cəmləşdirmək üçün mənə vaxt lazımdır”, – deyə T. Kalanik söyləyib. Bununla yanaşı, o, şirkətdəki vəziyyətə görə məsuliyyəti öz boynuna götürüb. Son aylar ardıcıl olaraq “Uber” daxilində seksual xarakterli qalmaqallar yaşanıb.

T. Kalanik “Uber” mobil əlavəsini 2009-cu ildə Qarret Kemp ilə birlikdə yaradıb. Hazırda “Uber” taksi xidməti 58 ölkəsində və 300-dən çox şəhərində fəaliyyət göstərir. Bu ilin martında “Forbes” Kalanikin sərvətini 6,3 milyard dollar həcmində qiymətləndirib. O, dünyanın ən zəngin insanları siyahısında 226-cı yerdədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...