Əsas səhifə Texnologiya Twitter artıq daha az zərər edir

Twitter artıq daha az zərər edir

364
PAYLAŞ

4 il bundan öncə birjaya daxil olan Twitterin səhmləri uzun müddət idi artım göstərmirdi. Ancaq istifadəçi sayının artması ilə səhmlər də yüksəlməyə başladı.

Twitterin aktiv istifadəçi sayı 2016-cı ilin son rübündə 11 faiz artım göstərərək böyümüşdü. Ancaq istifadəçilərin bu qədər artım göstərməsi şirkətə böyük mənfəət qazandırmadı.

Mikro blog servisi gəlirlərini sadəcə olaraq 1 faiz artırabilmişdi. Bunun əsas səbəbi reklam verənlərin Twitterə qarşı etibarsızlıq etməsi və ya instagram kimi məşhur sosial şəbəkələrin olmasıdır.

2017-ci ilin ilk rübündə Twitterin günlük istifadəçi sayı 14 faiz artım göstərdi və şirkət 548 milyon dollar gəlir əldə etdi.

Bu rəqəm ötən illə müqayisədə 8 faiz daha azdır. Twitter hələ də mənfəət əldə etməsə də zərəri 23 faiz azalaraq 62 milyon dollara çatdı.

ABŞ prezidenti Donald Trumpın Twitterdən aktiv şəkildə istifadə etməsi Twitterin nə qədər ciddi bir sosial şəbəkə olduğunu göstərir. Buna baxmayaraq şirkət Facebook, instagram və snapchat kimi nəhəng sosial şəbəkələrlə rəqabət aparır.

PAYLAŞ