Əsas səhifə Biznes Tutuquşu biznesi quran Salyanlı gənc

Tutuquşu biznesi quran Salyanlı gənc

2039
PAYLAŞ

Salyanın Kürqaraqaşlı kəndində yaşayan Zeynalovlar ailəsi rayonda ilk dəfə olaraq tutuquşu təsərrüfatı yaradıb.

biznes qurmaq

Ailənin 27 yaşlı üzvü Bəhruz Zeynalov artıq yeddi ildir tutuquşu saxlamaqla məşğuldur. Ixtisasca diş texniki olan təsərrüfat sahibinin dediyinə görə əvvəlcə o, iki cüt tutuquşu alıb və onların sayını artıraraq on beşə çatdırıb.

Sonra o, təsərrüfatını genişləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan “Məşğulluq proqramı”nda iştirak etmək üçün Dövlət Məşğulluq Xidmətinin Salyan rayon şöbəsinə müraciət edir və layihəsi bəyənilərək iki ay müddətində Bakı şəhərində keçirilən təlimlərin iştirakçısı olur. Burada ona biznes qurmaq və onun genişləndirilməsi yolları öyrədilir. Sonra ona iki yüz tutuquşu və lazımı avadanlıqlar verilir. Hazırda Zeynalovların təsərrüfatında 270 baş tutuquşu saxlanılır.

CÜTÜNÜ 30-60 MANATA SATIR

“Korella” və “Valis” növlərini bəsləyən Bəhruz deyir ki, bir cüt tutuquşunu 30-60 manata satmaq mümkündür. Bu da olduqca sərfəlidir. B.Zeynalov gələcəkdə təsərrüfatını daha da genişləndirərək quşların sayını 500-ə çatdırmaq niyyətindədir.


©Azərtac