Türkiyədə ilk dəfə nəm salfetlər istehsal edən biznesmen kimdir?

Date:

Paylaş:

1943-cü ildə İzmirdə doğulan Ataman Özbay Yenituran İbtidai məktəbi və İzmit Liseyini bitirib. Üç uşaqlı kasıb bir ailənin oğlu olan Ataman Özbay iş həyatına hələ səkkiz yaşında başlayıb.

Qəzet satıcılığı, meyvə-tərəvəz bölməsində çalışıb, pul qazanaraq məktəb xərclərini ödəyib. Liseyi bitirəndən sonra ailəsi onu oxutmaq imkanına malik deyildi. Bir müddət təhsilinə fasilə verib, lakin İzmitli müəllimə Halime xanımın köməyi ilə “Marmara Universiteti” “Əczaçılıq Fakültəsi”nə daxil olmağı bacarır.

“Marmara Universitet”inin “Əczaçılıq Fakültəsi”də təhsil alan zaman Ataman Özbay adıçəkilən Universitetdə çox yeni müəllim fəaliyyətinə başlayan, öz müəllimi Simten xanımla tanış olub.

Bir müddət sonra 1968-ci ildə evlənərək Tekirdağın Hayrabolu mahalına köçüblər. Rayonda 2 ayrı əczaxana açıblar və yerli qəzet və nəşriyyat evi qurublar. Bölgədəki torpaq sahibləri ilə danışaraq yağ emalı zavodu açıblar. Daha sonra bölgədə ikinci aptek mağazası açıblar, əsasən bunun üzərində işə başlayıblar. 1989-cu ildə anbar İstanbula köçürülüb.

Ataman Özbay, İstanbulda anbar və əczaxana ilə birlikdə karyerasında çox önəmli mövqeyə gəldi, lakin onun ən böyük arzusu öz ixtisası ilə bağlı məhsul istehsal etmək idi.

Sonra Avropa və Amerikanı gəzdikdən sonra, nəm salfetlər istehsal etməyə qərar verdi. O dönəmdə Türkiyədə nəm salfetlər istehsal edilmirdi, bir neçə məhsul idxal edilirdi. 1995-ci ildə nəm salfet istehsalına başlayan “Ataman İlaç” şirkəti qısa zamanda “Uni Wipes” brendi ilə əvvəlcə Türkiyədə, daha sonra isə xaricdə marketinqdə liderliyi əldə etməyə başladı.

“Ar-Ge”yə verdiyi önəmi dünyada 9 məhsulu ilk dəfə icad edərək göstərdi. Strukturunda 15 kimya mühəndisi və 5 əczaçı olan dünyadakı tək istehsalat təsisatını qurdu. Keyfiyyət həssaslığını “Öz nəvəmə və ailəmə istifadə etdirmədiyim heç bir məhsulu bazara çıxarmaram” deyərək ifadə etmişdir. Avropa birliyi tərəfindən təsdiq edilmiş 2190 formul və xam maddə ilə 403 növdə nəm salfet istehsal edən dünyadaki tək istehsalat təsisatını qurmuşdur.

Nəm salfet istehsal edən təsisatlar, Almaniya, İngiltərə, İtaliyada 5 ədəd, Fransada 3 ədəd, Amerikada 6 ədəd və Türkiyəyə 55 ədəddir. Ataman, istehsalat təsisatlarını bu rəqiblərdən ayıran ən önəmli fərqlərdən biri də Atamanın “GMP” sertifikarina sahib olması və Avropada “GMP” qanunlarına görə istehsal edən Avropadaki tək istehsalat təsisatçısı olmasıdır.

Ataman Özbay proaktiv şəxsiyyəti və vizion sahibi olması özəlliyini sahibkarlıq ruhu ilə birləşdirdirərək gələcəyi görə bilmişdir. O, özünü və işini hər zaman inkişaf etdirmiş, bununla da sektorun ən böyüyü olmuşdur.

facemark

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...