Əsas səhifə Xəbərlər Biznes xəbərləri Türkiyənin tanınmış iş adamı Erdoğan Demirören vəfat edib

Türkiyənin tanınmış iş adamı Erdoğan Demirören vəfat edib

152
Paylaş

Türkiyənin məşhur iş adamı, “Demirören Holding”in qurucusu və rəhbəri Ərdoğan Dəmirörən vəfat edib.

1938-ci il təvəllüdlü Ə. Dəmirörən bir müddətdir xəstəlikdən müalicə olunurdu.

O, “Demirören Holding” bu yaxınlarda “Doğan media qrupu”nu satın alıb. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən Ə. Dəmirörənin oğludur.

O, türkiyədə koalisya hökmətləri vaxtında mediaya ən güclü təsir edən bir sahibkar kimi tanınıb. Cari ilin əvvəlində mediadan əl çəkəcəyini, Doğan Şirkətlər Qrupunun İctimaiyyəti Aydınlatma Platformasına göndərdiyi bildirişdə aralarında “Posta”, “Fanatik”, “Hürriyet” qəzetlərinin, habelə Kanal D, CNNTürk kanallarının, o cümlədən Dmart şifrəli yayım platforması da daxil olmaqla, holdinqin aktivində olan bütün qurumların satışına başlandığı bildirilmişdi.

Bildirişdə satışın 1 milyard 100 milyon ABŞ dolları həcmində olacağı qeyd edilirdi.

Paylaş