Əsas səhifə Biznes Türkiyədə uğurlu işlərə imza atan 10 təşəbbüskar

Türkiyədə uğurlu işlərə imza atan 10 təşəbbüskar

1859
PAYLAŞ

Nevzat Aydın

Türkiyənin ən yaxşı təşəbbüskarlarıdan olan Nevzat Aydın, yemeksepeti.com’u 2001-ci ildə yaradıb. 3 milyondan çox qeydiyyatlı istifadəçisi olan saytdan gündə təxmini olaraq 150 min yemək sifariş edilir. Nevzat Aydın Yemeksepetini 2015-ci ildə Delivery Hero şirkətinə 589 milyon dollara satıb.

Sidar Şahin

sidar şahin

Sider Şahin Türkiyənin ən böyük və ən sürətlə böyüyən texnologiya şirkətlərindən biri olan Peak Gamesi qurub. Mobil və sosial oyunlarda dünya səviyyəsində 30 milyon istifadəçisi var.

İstifadəçilərinin böyük qismi ABŞ və Avropa bazarında olan Peak Games qlobal bir marka kimi diqqət çəkir.

Kaan Kayabalı

Kaan Kayabalı 1983-cü ildə Ankarada doğulub və ODTÜ məzunudur. 2012-ci ildə Türkiyənin ən çox ziyarət edilən saytını – Onedio.com’u yaradıb. Revo Capital adlı investisiya şirkətindən 1.2 milyon dollar yatırım almağı bacarıb.

Sedat Kapanoğlu

Türkiyənin ən uğurlu təşəbbüskarı və proqramçılarından biri olan Sedat Kapanoğlu 1976-cı ildə Eskişehirde dünyaya gəlib. 1997-ci ildə ODTÜ-nün keçirdiyi proqramlaşdırma yarışında 3-cü yerə layiq görülüb. 1999-cu ildə Eksisozluk.com saytını yaradıb. 2001-ci ildə ali təhsili olmadığı halda Microsoftdan iş təklifi alıb. 2009-cu ildə Microsoftdakı işindən ayrılaraq Türkiyəyə qayıtsa da 2015-ci ildə Eksisözlüyü satıb və ABŞ-a köçüb.

Taner Aksoy

Aksay Grup idarə heyətinin sədri Taner Aksoy 1999-cu ildə internet vasitəsilə satıcılara detallı elan verməyi təmin edən və alıcılar tərəfindən rahatlıqla axtardıqları məhsulu tapmasını təmin edən bir sayt fikirləşdi və beləliklə Türkiyənin ən çox ziyarət edilən alış-veriş saytı Sahibinden.com-u yaratdı.

Alp Saul

Pronet’in kurucusudur. 16 yıl önce 10 bin dolarlık bir sermayeyle kurulan ve güvenlik sistemi hizmeti veren Pronet, bugün 55 binin üzerinde aboneye sahiptir.

Alp Saul 16 il öncə 10 min dollar sərmayə ilə internetdə təhlükəsizlik xidməti göstərən Pronet şirkətini qurub və bu gün 55 mindən çox abonesi var.

Emre Kurttepeli

Emre Kurttepeli 1990-cu ildə Kolumbiya Universitetinindən məzun olub. Türkiyənin ilk internet provayderi olan Forneti qurub. Forneti Koç Holdingin şirkətlərindən biri olan Koçnetə satdıqdan sonra hazırda Türkiyənin ən çox ziyarət edilən 10 saytından biri olan Mynet.com-u qurub.

Sinan Afra

Sinan Afra Türkiyənin ən məşhur internet təşəbbüskarlarından biridir. İndiyə kimi 20-dən çox uğurlu layihəyə imza atıb. 2008-ci ildə yaratdığı e-ticarət saytı Markafonini Naspers şirkətinə 200 milyon dollara satıb. 2016-cı ildə Evtiko internet layihəsini yaradıb.

Kerem Çatay

Kerem Çatay cəmi 25 yaşında Ay Yapım şirkətini yaradıb. Yaprak Dökümü, Aşkı-Memnu Dudakten Kalbe serialları ilə böyül bir izləyici kütləsi qazanan Ay Yapımın illik dövriyyəsi 50 milyon dollardır.

Nazım Salur

Nazım Salur 2013-cü ildə taksi sifariş xidməti BiTaksini yaradıb. Gün ərzində 50 min insanın istifadə etdiyi BiTaksinin böyük uğurundan sonra o, istədiyiniz məhsulu 10 dəqiqə ərzində lazım olan məkana çatdıran getir adlı bir mobil tətbiq yaradıb. Hal-hazırda şirkət Amerikada da fəaliyyət göstərir.

PAYLAŞ