Əsas səhifə Biznes ideyası Türkiyədə biznes qurmaq

Türkiyədə biznes qurmaq

753

Türkiyə olduqca uğurlu coğrafi mövqe, eləcə də düzgün aparılan siyasət sayəsində biznes həyata keçirmək üçün xüsusilə də əcnəbi investorlar arasında ən cəlbedici ölkələrdən biridir. Turizm, kənd təsərrüfatı və ya ticarət kimi bəzi sahələrdə ölkəyə alternativ tapmaq ümumiyyətlə çətindir. Ən diqqətçəkən yerlər isə əlbəttə ki, turistlər arasında son dərəcə populyar olan Egey dənizinin, eləcə də Aralıq dənizin sahilləridir. Son zamanlar Azərbaycanda keyfiyyətlə keçirilmiş istirahət yenidən qavranılmağa başlamışdır. Postsovet məkanı dövlətlərinin ərazilərində istirahət etmək və ya sərmayə yatırmaq istəyənlərin sayı getdikcə azalır. Əvəzində isə inkişaf etmiş ölkələrə, üstəlik, yetərincə “qonşuluq” mövqeyinə malik ölkəyə nəzərlər yönəlir.

Əgər Türkiyəyə sərmayə qoymaq imkanınız yaranıbsa, lakin nədən başlamağı bilmirsinizsə, yaxud da başlanğıc mərhələdə müəyyən problemləriniz varsa, biz demək olar ki, bütün istiqamətlərdə Sizə kömək etməyə hazırıq: şəxsi mülk, tikinti üçün torpaq əldə etmək, otel götürmək və görkəmli türk şirkətinin idarəetməsinə vermək – biz sizin ideyalarınızı dinləyəcək və biznesin inkişafı üçün ideal variant seçməyə kömək edəcəyik. Türkiyənin populyarlığının artması rəqəmlərdə daha aydın görünür: hələ 2002-ci ildə ölkəni 13 milyon nəfər ziyarət etmişdir. 9 ildən sonra bu göstərici 31,5 milyon nəfərə çatmışdır. Sadə hesabla bu nəticəyə gəlmək olar ki, turist axını 2.5 dəfə artmışdır.

Türkiyə Respublikası biznesin təşkilinin cəlbediciliyi üzrə ölkələr siyahısında aparıcı mövqeləri tutur. Əgər ixracatın və ÜDM artımı kimi müsbət göstəricilərə görə ölkə daima ön sıralardadırsa, inflyasiya göstəricilərinə görə Avropanın bir çox inkişaf etmiş ölkələrinə örnək ola bilər. Türkiyə 19 ölkə ilə sərbəst ticarət haqqında razılaşma imzalamışdır, onların arasında çoxlu sayda inkişaf edən ölkələr var. Bundan başqa, yaxın gələcəkdə dövlət Avropa Birliyinə qoşula bilər, buna görə də onun göstəriciləri bu təşkilata uyğun olmalıdır.

Dövlət orqanlarının xarici kapitala qarşı loyallığı. Bəlkə də uğurun başlıca təminatıdır. Çünki xarici kapitala malik şirkətlər də türk şirkətləri ilə eyni qanunlara və öhdəliklərə tabedir: ƏDV əksər hallar 18% göstəricisində sabit qalır. Bəzi məhsul qruplarına 1-8% vergi qoyula bilər.

Yekun vuraraq, yeganə mümkün nəticəyə gəlmək olar: Türkiyədən başqa, Asiyaya və Avropaya yol açan, sıfırdan biznes qura biləcəyiniz, hər zaman isti və mülayim olan başqa ölkə tapmaq mümkün deyil.

Çində biznes qurmaq

biznes ideyalari, kicik biznes qurmagin yollari, en turkiyede biznes, turkiyede is qurmaq, türkiyədə biznes qurmaq, türkiyədə iş qurmaq, nə biznesi qurmaq olar

Paylaş