Tural Bədirxanlı: “Pula azadlıq üçün resurs kimi baxmışam”

Date:

Paylaş:

“Amerikanın səsi”nin Amerikana proqramının qonağı olmuş hazırda Twitter-də çalışan MIT məzunu Tural Bədirxanlıyla müsahibəni təqdim edirik.

Tural iki həmkarı ilə birlikdə Namo Media şirkətini yaradıb və Twitter-ə satıb, hazırda özü də burada çalışır.

Silikon Vadisinin yerləşdiyi Kaliforniyadan Nyu Yorka köçmək qərarına gəldin, buna səbəb nə idi?

-Mən təhsilimi Bostonda almışam, arada Nyu Yorka gəlib gedirdim, bura mənim çox xoşuma gəlirdi. Planım da elə buraya köçmək idi. Elə oldu ki, 2009-cu ildə Amerikada böyük maliyyə krizisi oldu, bir çox şirkətlərin ofisləri bağlandı burada. Bu durumda işə qəbul da çətin idi, ona görə bura gələ bilmədim. Kaliforniyadan bir neçə maraqlı təklifl gəldi, elə oraya getmək qərarına gəldim. Elə oldu ki, biz şirkəti Tvitter-ə satdıq. Tvitter-in ofisi də Nyu Yorkda idi.

Sözsüz ki, Azərbaycanda  səni bir çoxları tanıyır, amma tanımayanlar da var. Özün haqqında məlumat verərdin.

-Qubada təhsil almışam, Türk liseyində. Hər zaman beynimdə o olub ki, xaricdə gedib təhsil almalıyam. Amma ki, imkanlar, qəbul şərtləri  haqqında xəbərim yox idi. Elə bilirdim ki, Amerikada oxumaq onlarca milyon pul tələb edir. Mənim də elə imkanım yox idi, ona görə heç ağlıma gəlmirdi orada oxumaq. Ona görə də Türkiyəyə sənədlərimi verdim, Boğaziçi Universitetinə qəbul olundum, oranı bitirdim. Orada oxuduğum müddətdə Amerikada təhsil haqqında xeyli bilgiləndim. Öyrəndim ki, Amerikada oxumaq üçün heç də pula fikir vermirlər, hətta ehtiyacına uyğun təqaüd proqramları da var. Və mən yavaş yavaş başladım, universitetləri araşdırmağa. Öyrəndim ki, Harvard, MIT, Yale, Princton kimi universitetlər xarici tələbəyə bu imkanı verir. Və mən bu universitetlərə müraciət elədim, elə oldu ki, MIT-yə qəbul olundum və gəldim Amerikaya.

Nəinki Amerikanın, hətta dünyanın bir nömrəli texnologiya universiteti olan MIT-nin məzunu olmusan. Sən Azərbaycan, Türkiyə təhsili ilə də tanışsan. MIT-ni bitirməsən sən hazırki Tural ola bilərdinmi?

-18 yaşında Amerikaya gəldim, fərqli mədniyyətdən gəldiyim üçün bir çox şeylər maraqlı idi mənə. Gənc yaşda buraya gəlməyin faydası o oldu ki, sürətlə adaptasiya oldum buradakı mühitə. MIT-yə gəldikdə, burada bizə öyrənməyi öyrətdilər. Elə bilin ki, sizə üzməyi öyrədirlər, bunun üçün sizi atırlar su dolu hovuza, ya üzəcəksən, ya da batacaqsan. Bu prosesdə rəqabət şəraitində öyrənirsən. Bu mənim həyatımda böyük transformasiya oldu. Dərsdə öyrəndiklərim unudula bilər, amma bu dəyərlər heç vaxt unudulmur.

Üç təsisçi Namomedia şirkətini yaradır, onlardan biri də sən olursan. Bu şirkəti sınin həyatında dönüş nöqtəsi hesab etmək olarmı?

-Həyatımda bir neçə mərhələ olub ki, mənim üçün böyük imkanlar yaranıb. Namomedianın qurulması onlardan biridir. 2012-ci ilin əvvəlində Google-dan ayrıldım. Silikon Vadisinin imkanlarından istifadə eləmək qərarına gəldim. Bu imkanlar da ondan ibarətdir ki, yaxşı ideyanın arxasında duran kapital var. Burada böyük şirkətlərlə birlikdə biznes qura bilirsən.

Namomedia nədir, necə işləyir? Onun biznesə, xüsusilə də Twitter-ə nə kimi faydası var?

-Namomedianın fundemantal həll etdiyi problem o idi ki, iPhone, Android telefonları üçün  yazılmış mobil tətbiqlərin sahibləri ondan pul qazanmaq istəyir. Biz də bu insanlara pul qazanmaq üçün imkan yaratdıq. Bizim fərqimiz o idi ki, pul qazanmaq üçün qoyduğumuz reklamlar tamamilə fərqli formatda idi. Həmin dövrdə o formatı Facebook və Twitter istifadə edirdi. Bu ancaq onların platformalarında işlək olurdu. Bizim yaratdığımız imkan isə bütün digər şirkətlərə imkan yaradırdı ki, bu formatda reklamını qoya bilsin. Bu reklam növünün adı “native advertisment”dir.

Artıq bir ilə yaxındır ki, Twitter Namomedianın alıb. Rəsmi açıqlama olmasa da deyilənə görə, bu rəqəm 50 milyon dollardan ibarətdir. İnsanlarda belə bir təəssürat var ki, sən artıq milyonçusan. Bu necə hissdir?

-Əslində, milyonçu deyiləm, bank hesabımı göstərə bilərəm sizə. Mən pula azadlıq üçün resurs kimi baxmışam. Bir müddət Google-da işlədikdən sonra qazandığım pulu yığıb işdən ayrıldım və yeni ideyalar üzərində işlədim. İndi qazandığım pula da elə baxıram, gələcək ideyalarım üçün yatırım.

İndi nə üzərində işləyirsən? Yeni start-up ideyalar varmı, yoxsa Namomedianı təkmilləşdirməklə məşğulsan?

– Twitter-lə imzalanan müqaviləyə görə, mən bir müddət burada qalmalıyam, bəzi işləri görməliyəm. Namomediyanı Twitter-ə inteqrasiya elədikdən sonra, mən fərqli məhsullar üzərində işləyirəm. Gələcəkdə yeni ideyalar üzərində işləmək üçün Twitter-dən ayrıla bilərəm.

Xarici ölkələrdə uğur qazanmış Azərbaycanlı gənclər

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...