Əsas səhifə Texnologiya Trumpın tviti amazonun bazar dəyərini aşağı saldı

Trumpın tviti amazonun bazar dəyərini aşağı saldı

160
PAYLAŞ
ABŞ prezidenti Donald Trump elektron ticarət şirkəti Amazon barədə “tweet” yazıb.

Amazonu hədəf alan Trump, şirkətin vergi ödəyicisi olan müəssisələrə böyük zərər verdiyini, bu şirkətə görə iş yerlərinin bağlandığını qeyd edib.

“Amazon, vergisini ödəyən pərakəndə satıcılara böyük zərər verir. ABŞ miqyasında qəsəbələr, şəhərlər və vilayətlər zərər görür və bir çox insan işindən olur”.

Trumpın bu mesajı Amazon-un səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Amazon-un bazar dəyəri bir neçə dəqiqə ərzində 6 milyard dollar azalıb.

PAYLAŞ