Trumpın prezident seçilməsindən sonra satışları artan kitablar

Date:

Paylaş:

Donald Trumpın ABŞ prezidenti seçilməsi bütün dünyada təəcüblə qarşılandı, sensasiyaya səbəb oldu. Bu hadisədən sonra tək siyasət arenasında yox, həmçinin digər sahələrdə də maraqlı tendensiyalar müşahidə olundu.
Məsələn, Trumpın prezident seçilməsindən sonra bəzi kitabların satışı sürətlə artdı. Seçkilərdən sonra satışı artan kitablar aşağıdakilardır:

“Bizdə bu mümkün deyil” – Sinkler Lüis

Kitabın baş qəhramanı olan populist siyasətçi Uindrip`in hekayəsi Trump`ın prezidentliyə gedən yoluna çox bənzəyir. Bu kitabın satışının artmasında əsas faktor rolunu oynayıb.
Son məlumatlara əsasən bu kitab Amazon`da ilk beşlikdə yer alır. Penguin Books nəşriyyatının açıqlamalarına əsasən Trump`ın seçilməsindən sonra kitab ümumilikdə 11.000 olmaqa 3 tiraj çap edilib və satılıb.

“1984” – Corc Oruell

Bu əsərin satışı kifayət qədər yüksək idi. Lakin Signet Classics`in məlumatına əsasən Trumpın seçimlərdə əldə etdiyi qalibiyyətdən sonra kitabın satışları dünya üzrə 9500% artmışdır.

Maraqlı ola bilər: Trumpın sahib olduğu 5 möhtəşəm malikanə

Kitabın satışına təsir göstərən “Trump faktoru” isə Trumpın baş məsləhətçisi olan Kellein Konueyin “Ağ Ev”-in inaqurasiya mərasimində iştirak edən insanların sayı ilə bağlı yalan yox, “alternativ” metodlardan istifadə etdiyini deməsi olmuşdur.

“Cəsur yeni dünya” – Oldos Haksli

Keçən il ərzində bu kitab Amazon`da heç ilk yüzlükdə belə yer almırdı, lakin Trumpın qalibiyyətindən sonra kitabın alıcıları sürətlə artdı və kitab hazırda Amazon`da ilk sıralarda öz yerini tutub.
İkinci dünya müharibəsindən öncə çıxan bu romanı Oldos Hakslinin şah əsəri sayıla bilər. Müəllifə görə bu roman gələcək haqqında kəhanətdən ibarətdir.

Farenheyt 451 – Rey Bredberi

Psixoloji janrda yazılmış bədii roman çoxlu oxucu kütləsinə malik olsa da, seçkilərdə baş verən sensasiyadan sonra kitabın satışlarında sürətli artım müşahidə olundu. Kitabda senzura və qadağalar barədə bizləri gözləyən təhlükələrdən, xüsusilə də kitabların “ekranlar” ilə əvəz olunması təhlükəsindən bəhs edilir.

“Tramp: razılaşma incəsənəti” – Donald Trump

Yarı xatirələr və yarı biznes məsləhətləri təqdim edən kitab, ‘The New York Times’ siyahısında 13 həftə ardıcıl olmaqla ümumilikdə 48 həftə bestseller olub. Donald Trampın yazdığı ilk kitabdır. Kitab 2016-cı ildə baş tutmuş ABŞ Prezident Seçkiləri Kompaniyasında yenidən diqqət mərkəzinə düşdü. Belə ki, Tramp çıxışlarının birində qeyd etmişdir ki, bu kitab onun ən böyük uğurlarından biridir və Bibliyadan sonra ən sevimli kitabıdır.

Donald Trumpın sahib olduğu şirkətlər

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...