Əsas səhifə Texnologiya Trump hesabını bağlasa twitter 2 milyard dollar dəyər itirə bilər

Trump hesabını bağlasa twitter 2 milyard dollar dəyər itirə bilər

134
PAYLAŞ

ABŞ prezidenti Donald Tramp “Twitter”dən çıxsa, şirkətin bazar dəyəri təxminən 2 milyard dollar aşağı düşəcək.

Bunu “Monness Crespi Hardt & Co.” şirkətinin analitiki Ceyms Kakmak deyib. O bildirib ki, əgər Tramp “Twitter” dən istifadəni dayandırsa, bu, digər istifadəçilərin sosial şəbəkədən kütləvi halda getməsinə səbəb olmasa da, şirkətin qeyri-maddi aktivlərinin dəyərinin kəskin azalmasına gətirib çıxaracaq. Hətta şirkətin göstəriciləri pisləşməsə belə, bu halda səhmlərin qiyməti ucuzlaşa bilər. “Dünyada Amerika Birləşmiş Ştatlarının prezidentindən yaxşı reklam yoxdur”, – deyə Kakmak söyləyib.

Hazırda “Twitter İnc” şirkətinin bazar dəyəri təxminən 11,7 milyard dollar təşkil edir.

PAYLAŞ