Əsas səhifə Şirkətlər «Toys R Us» və «Maplin» şəbəkələri batır

«Toys R Us» və «Maplin» şəbəkələri batır

222
Paylaş

İngiltərədə oyuncaq mağazaları şəbəkəsi «Toys R Us UK» və elektronika mağazaları şəbəkəsi «Maplin» çox çətin günlər keçirir. İki şirkətdə 5500 nəfər işini itirəcəyi bildirilir.

«Marja» xəbər verir ki, oyuncaq nəhəngi «Toys R Us» və elektron mağazaları «Maplin» iflasın astanasındadır. ABŞ-ın «Toys R Us» markasının Böyük Britaniyada yerləşən şirkəti uyğun bir xilasetmə paketi tapılmadığı üçün müflisləşmə razılaşması elan edib (borcun ödənəcəyi barədə xoş niyyətli razılaşma).

İngiltərənin bir başqa böyük pərakəndə satış təşkilatı olan «Maplin» də eyni dərddən əziyyət çəkir və cəmi 5.500 adamın işindən olacağı bildirilir.

«Maplin», daha əvvəl satışa çıxarılmasına baxmayaraq alıcılarla olan danışıqlar uğursuz nəticələnmişdi. Keçən il 235 milyon funt-sterlinq dövriyyə edən «Maplin»in borcunun kapitalına nisbəti 95%-ə çatıb. Şirkətin «Brexit»dən sonra  ucuzlaşan funt-sterlinq səbəbindən ciddi zərər gördüyünü bildirir.

«Toys R Us» da satış üçün cəhd etmiş, ancaq ciddi bir alıcı tapa bilməmişdir.

«Maplin»in Britaniya üzrə 200 mağazası və 2500 əməkdaşı olarkən, «Toys R Us»ın da 105 mağazası və 3 min nəfər işçisi var.

Paylaş