Əsas səhifə Auksion “Titanik” sərnişininin məktubu hərracda rekord qiymətə satılıb

“Titanik” sərnişininin məktubu hərracda rekord qiymətə satılıb

63
PAYLAŞ

“Titanik” ilə səfərə çıxan sərnişinlərdən birinin məktubu Böyük Britaniyada keçirilən hərrac zamanı rekord qiymətə – 126 min avroya satılıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, tədbir “Henry Aldridge & Son” hərrac evi tərəfindən təşkil olunub.

Məktub 13 aprel 1912-ci il tarixində qəza zamanı ölən birinci sinfli sərnişin Aleksandr Oskar Holverson tərəfindən gəminin aysberqlə toqquşmasından bir sutka əvvəl yazılıb. Məktub onun Nyu-Yorkda yaşayan anasına ünvanlanıb.

PAYLAŞ