Tingçilik sahəsində biznes qurmaq

Date:

Paylaş:

Ölkəmizdə kənd təsərrüfatını inkişaf etdirmək üçün  meyvəçiliyi inkişaf etdirmək bütün sahələrlə bərabər ölkəmizə çox böyük fayda verərdi. Dünyada mövcud olan 13 iqlimdən  9-u ölkəmizdə mövcuddur. Dünya ölkələrinin çoxunun soyuq, səhra və başqa təbii catışmazlığını nəzərə alsaq, ölkəmizin  həm iqlim, həm məhsuldar torpaq, həm də digər təbii və əmək resursları meyvəçilyin inkişafı üçün böyuk imkanlar yaradır.

Meyvəçiliyin inkişafı üçün birinci çox məhsuldar sortların ölkəmizdə toxumçuluğunu, yəni tingçiliyini inkişaf etdirmək çox zəruridir. Belə ki, xaricdən gətirilən tinglər baha başa gəldiyindən bu sahəyə maraq azalır. Amma bu məhsuldar meyvə sortlarının toxumlarını ölkəmizə ucuz qiymətə gətirib geniş tingçilik təsərrüfatları yaradaraq milyonlarla meyvə tingi yetişdirib kəndlimizə ucuz  ting çatdira bilərik. Bu məsələdə qardaş Türkiyə Cümhuriyyətinin təcrübəsindən də yararlana bilərik.

Bu gün qardaş ölkə fındığın və digər meyvələrin ixracına görə dünyada 1-ci yerə çıxıb. Azərbaycan isə fındıq ixracına görə 4-cü yerdədir.Türkiyə ildə 600 min ton, Azəbaycan isə 35 min ton fındıq istehsal edir. Bu rəqəmi 2-ci sıraya catdırmaq olar.

Turkiyədə 2 ilə məhsul verən qoz sortları vardır ki, bu sahəni inkişaf etdirmək  çox səmərəli olardı. Amma tinglər bizə baha başa gəldiyindən bu məhsuldar sortların toxumunu gətirib özümüz tingliyini inkişaf etdirə  bilərik. Bununla da milyonlarla tingləri ucuz qiymətə kəndliyə çatdıra bilərik. Tingçilik təsərrüfatlarını hər rayonda yaratmaqla həm də yeni iş yerləri yaratmaq  cəhətdən də faydalı olardı.

Məhsulun ixracı üçün bu gün əlverişli şərait var. Rusiya, Avropa kimi böyuk bazarlarda fındığa böyük tələbat var.

Elə  19-cu əsrdə ölkəmizdə meyvəçiliyin  inkişafını təbii edən  böyük ədiblərimizdən  biri İsmayil bəy Qutqaşenli Nuxa qəzasında kəndlilərə deyib: “Hər kim bir qoz əksə ona bir qızıl pul verəcəm”.

Bundan həvəslənən kəndlilər hərəyə bir qoz ağacı əkirlər. İsmayıl bəy Rusiyaya getdiyindən hamı onun yolunu gözləyir ki, gələndə qızıllarını ədibdən alsınlar. Bir neçə il ötür, qoz ağacları bar verməyə başlayır. Kəndlilər bol məhsulu toplayıb ölkə və Rusiya bazarlarında satıb yaxşı gəlir əldə edirlər. Və hamı onda yaxşı anlayır ki,böyük ədibimiz İsmayıl bəy Qutqaşenli onlara artıq qızıl pulu verib.

Bu gün də şimal rayonlarımızın əksəriyyəti qərzəkli meyvələri ilə məşhurdur. Burada hətta İsmayıl bəyin yadigarlarından olan ağaclara da rast gəlmək olar.

Müəllif: Borman Abbasov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...