Əsas səhifə Reytinq Ticarətdə dünya rekordu: ABŞ-la Çin arasında 250 milyard dollarlıq saziş imzalanıb

Ticarətdə dünya rekordu: ABŞ-la Çin arasında 250 milyard dollarlıq saziş imzalanıb

51
PAYLAŞ

ABŞ və Çin arasında 250 milyard dollarlıq ticarət sazişi imzalanıb.

AZƏRTAC CNN-Türk telekanalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu sazişin dünyada ticarət sahəsində rekord olduğunu deyib. Bildirilib ki, bu saziş daha çox enerji sahəsinə müsbət təsir edəcək.

ABŞ Prezidenti Yaponiya və Cənubi Koreyadan sonra Çinə gəlib və burada dövlət başçısı ilə görüşüb. Görüş zamanı Donald Tramp ABŞ-la Çin arasında ticarət balanssızlığına diqqət çəkib. İki ölkə arasında ticarət əlaqələrini daha da inkişaf etdirmək üçün danışıqlar aparılıb. Nəticədə ABŞ şirkəti Çindən 37 milyard dollarlıq 300 təyyarə üçün sifariş alıb.

PAYLAŞ