Texnologiya milyarderlərinin övladları

0
3536

Gates, Jeff Bezos, Larry Ellison, Sergey Brin: onlar qurduqları texnologiya şirkətləri ilə dünyanın ən zəngin adları arasındadır.

Onların gördükləri işə dünyadaböyük rəğbət var. Hətta bəziləri bu adlardan birinin övladı olmağı da arzulayır.

Xeberler.az Business Insider-ə istinadən bu texnologiya nəhənglərinin övladlarını təqdim edir:

Bill Gates və uşaqları

Bill və Melinda Gates-in üç övladı var: Jennifer, Rory və Phoebe. Bill Gates və həyat yoldaşı 89 milyard dollarlıq sərvətlərini xeyriyyə işlərinə və uşaqları üçün böyük bir yardım fond yaratmağa xərcləyir.

Gates-in ən böyük övladı olan Jennifer Stanford Universitetində təhsil alır . O, həmçinin ABŞ-ın Atminmə komandasında da iştirak edir.

Gates-in ən kiçik uşağı 15 yaşlı Foebe 33,000 dollarlıq xüsusi məktəb olan Lakeside liseyində təhsil alır.

Gates-in tək oğlu Rory bu il 18 yaşına girib. O da Lakeside liseyindən məzun olub.

Larry Ellison və uşaqları

Oracle-ın qurucu ortağı Larry Ellison-un üçüncü həyat yoldaşı Barbara Boothe-dan iki uşağı var. Uşaqlıq yaşlarından anaları tərəfindən böyüdülən uşaqlar indi təxminən 59 milyard dollar dəyərində mirasın sahibidir.

Ellison 25 illik doğum günündə qızı Megan-a milyard dollarlıq bir istehsal şirkəti Annapurna Pictures-i hədiyyə edib. Hazırda 31 yaşlı Megan Hollywood-u ən nüfuzlu prodüserlərindən biridir.

Onun qardaşı David 34 yaşındadır. O, aralarında “Terminator Genisys”, “G.I. Joe: Retaliation”, “World War Z”, “Mission: Impossible: Rogue Nation” və “Star Trek Beyond” kimi aksiyon filmləri istehsal edən Skydance Media-nın qurucusdur.

David 16 yaşını qeyd etmədən əvvəl nümayiş təyyarələrini necə uçuracağını öyrənib və hazırda lisenziyalı bir pilotdur.

Jeff Bezos və uşaqları

Amazon-un qurucusu Jeff Bezos və roman həyat yoldaşı Mackenzie-nin üç oğlu və Çindən övladlığa götürdükləri bir qızı var.

Təhsil və təlim məsələsinə diqqətlə yanaşan cütlük də bu istiqamətdə bir sıra strategiyalar tətbiq edir. Xüsusilə səyahət, mətbəxdə elmi təcrübə, Sinqapur riyaziyyat proqramı və mandarin dərsləri bunlardan bir neçəsidir.

Sergey Brin və uşaqları

Test şirkəti 23andMe-nin yaradıcısı Anne Wojcick-nin təxminən 47 milyard dollar  sərvətə sahib Google-un qurucularından əvvəlki həyat yoldaşı Sergey Brin-dən iki övladı var.

Wojcicki-nin New York Times qəzetinə verdiyi müsahibəyə görə, o, zəngin bir mühitdə uşaqlarını böyütməkdən yayınır.

Wojcicki onlara paltar yumağı, özləri üçün yemək bişirməyi, hətta saçlarını özləri kəsməyini öyrədir.