Tanınmış mütəxəssis: “Bitcoin 2018-ci ildə 100 min dollara yüksələcək”

0
868
2017-ci ildə özünün qızıl dövrünü yaşayan Bitcoin haqda proqnozlar hələ də davam edir. Son olaraq “Saxo Bank”-ın analitiki institusional investorların təsiri ilə Bitcoin-in 100 min dollara çatacağını iddia edib.

“Korporativ investorlar bitcoini 100 min dollaradək yüksəldə bilər”

2016-ci ilin dekabr ayında verdiyi son açıqlamada Bitcoinin qiymətinin 2017-ci ildə ikiqat artaraq 2 min dollara qədər yüksələcəyini söyləyən Key Van-Petersenin proqnozları hələ ilin ilk yarısında özünü doğrultdu.

2018-ci ildə Bitcoin-in necə bir qrafik cızacağı ilə əlaqəli fikirlərini “CNBC”-yə danışan “Saxo Bank”-ın analitiki il ərzində 300-700 faiz arasında dəyər qazanacağını proqnozlaşdırdığı kriptovalyutanın 50-100 min dollardan əməliyyat həyata keçirəcəyini iddia edib.

“Müddətli əməliyyatların təsirini tam olaraq görmürük”

Bitcoinin yüksəlişindəki ən böyük payın korporativ sərmayəçilər olacağını ifadə edən Van-Petersen son günlərdəki enişin gözlənilən olduğunu qeyd edib:

“Bitcoin-dəki 50 %-lik geriləmə düz və sağlam bir hadisədir. Lakin hələ müddətli əməliyyat müqavilələrinin tam effektini görmürük. 2018-ci ildəki yaxşılaşma qısa müddət əvvəl pərakəndə olan bu bazara girməyə başlayan müəssisə müştərilərinin rəhbərliyi altında baş tutacaq”.

Ötən il başda Peter Zilin sahib olduğu “Founders Fund” olmaqla, müxtəlif hedcinq fondları və kapital sərmayəsi şirkətləri Bitcoin -ə investisiya qoymağa başladı.

İlin sonlarında “CBOE” və “CME”-nin bitcoin müddətli əməliyyatlarını başlatmasıyla yeni bir dövrə daxil olan bitcoində başlayan yüksəliş son həftələr ərzində dayandı. Yanvarın əvvəlindən etibarən 9 %-dən çox ucuzlaşan Bitcoin hazırda 17 dekabr 2017-ci il səviyyəsindən təxminən 40 % aşağıdır.

“Saxo Bank”-ın analitiki Van-Petersen narahat deyil

Son günlər Bitcoin-in dəyər itirməsinə bamayaraq, arahat olmadığını dilə gətirən Van-Petersen, kriptovalyuta vahidinin hər böyük yüksəlişdən əvvəl kiçik enişlər yaşadığını xatırladıb.

“Ethereum ilin kriptovalyutası ola bilər”

Bitcoin-dən ağız dolusu danışan Van-Petersenin proqnozları tək bununla məhdudlaşmır.

Sabitliyindən güzəşt etməyərək Bitcoin-in arxasına keçən

Ethereumun bu ilki performansını maraqla müşahidə etdiyini ifadə edən analitik, şəbəkə üzərindən edilən əməliyyat sayı artdıqca Ethereumun Bitcoin-in illik rekordunu dəyişə biləcəyini vurğulayıb.

kripto.az