Şvarsenegger avtomobilini 2,5 milyon dollara satıb

Date:

Paylaş:

Aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger özünün “Bugatti Veyron” avtomobilini 2,5 milyon dollara satıb.

“Report” xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Məlumata görə, avtomobili lüks avtomobillər üzrə diler Obi Okeke alıb. “Grand Sport Vitesse” modifikasiyalı avtomobil 2014-cü ildə istehsal edilib. O, 1600 kilometr məsafə qət edib.

Aktyorun avtomobili saatda 100 kilometr məsafəni qət etmək üçün tələb edilən sürəti 2,6 saniyəyə yığır. Onun maksimal sürəti saatda 410 kilometrdir.

Daha əvvəl Avstriyanın “Kreisel” firması Şvarsenegger üçün dünyada ilk “Hummer H1” elektrik avtomobili hazırlayıb İki elektrik mühərriklə təchiz olunmuş avtomobil 490 at gücündədir. Onun batareyalarının tutumu isə 100 kilovat saatdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...