Əsas səhifə İş qadını Stiv Cobsun məsləhətinə qulaq asdı və milyonçu oldu

Stiv Cobsun məsləhətinə qulaq asdı və milyonçu oldu

970

Applenin qurucusu Stiv Cobs 2005-ci ildə Stanford Universitetində tələbələrə motivasiya edici çıxış etmişdi. Cobsun orada verdiyi tövsiyyə o tələbələrdən birinin bu gün milyonçu olmasını təmin edib artıq.

Stiv Cobsun qızıl kimi dəyərli sitatı belə idi:

“Son 33 ildə hər səhər güzgüyə baxdım və özümdən soruşdum: Bu gün həyatımın son günü olduğunu bilsəydim yenə etmək istədiyim şeyləri edərdimmi? Hər gün ard-arda bu suala xeyr cavabını verəndə bəzi şeyləri dəyişdirməyin lazım olduğunu anladım.”

stiv cobsun
Qadınlar üçün yaratdığı StyleSeat adlı startup sayəsində 40 milyon dollar qazanan 32 yaşındakı Melody McCloskey həmin gün səhər qulaq asdığı çıxış sayəsində qarşısındakı maneələri aşdığını və bu işi qurduğunu söyləyir.

Bu işə başlayanda McCloskey’in tək eşitdiyi söz ‘Xeyr’ idi. 27 yaşında mediada çalışan zaman işini tərk etdi və qadınlar üçün gözəllik saytı qurdu. Bu işi quranda onun sahibkarlıqla bağlı bilikləri də çox zəif idi.

Startup olaraq inkişaf etdirdiyi layihə üçün sərmayə tapmaqda isə olduqca çətinlik çəkib. McCloskey “Bu müddətdə 40 dəfə xeyr cavabı alırsınız və sonda bir adam” bəli deyir. Təbii ki bu hələ ən yaxşı ssenaridir” söyləyir.

McCloskey hər səhər motivasiya edici hekayələr oxuduğunu deyir və həyatda çətinlik çəkən hər kəsə də bunu etmələrini tövsiyyə edir.

 

Paylaş