Əsas səhifə Motivasiya Stiv Cobsun həyatı

Stiv Cobsun həyatı

488
PAYLAŞ

Stiv Cobs kimdir?

Stiv Jobs 24 Fevral 1955 tarixində ABŞ-da Kaliforniya ştatında dünyaya gəlib. Joanne Carole SchiebleAbdulfattah John Jandali cütlüyünün uşağı olaraq dünyaya gəlməsinə baxmayaraq, ailəsinin özünə baxacaq maddi gücü olmaması səbəbiylə doğumundan bir həftə sonra Kaliforniyada yaşayan PaulClara Jobs ailəsinə övladlıq verilib və gənclik illərini Mountain View, Kaliforniyada keçirib.

Stiv Wozniak ilə birlikdə dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple‘ın qurucu ortağı, direktoru və CEO’sudur və Pixar ilə Walt Disney şirkətlərinin idarə heyətində yer almışdır. 2010-ci ildə 6.1 milyard dollarlıq şəxsi sərvəti ilə texnologiya sahəsində çalışan ən zəngin insanlardan biri olan Jobs, 2011-ci ildə qaraciyər narahatlıqları ilə şirkətdən bir müddətlik ayrılaraq müalicəsi üçün xəstəxanada yatmalı olub.

Təhsili və iş həyatı

Stiv Cobs məktəbi bitirdikdən sonra Portlandda olan Reed Kollecinə girdi lakin ilk smestri bitirmədən ayrıldı. Təhsili yarım qoyduqdan sonra yataqxanadakı şüşə və qutuları yığıb sataraq pul qazanan və Hare Krishna məbədində paylanan pulsuz yeməklərlə gününü keçirən Cobs bir tərəfdən bəzi dərslərə girirdi. Gələcək illərdə bu dərslərin köməkliyi ilə Mac kompüterlərdə istifadə olunan bütün yazı fontlarının təməlini meydana gətirdiyini ifadə edəcəkdi.
1974-ci ildə Kaliforniyaya qayıdaraq Homebrew Kompüter klubunda Stiv Vozniak ilə birlikdə işə başladı. Eyni zamanda dövrün ən böyük video oyunları istehsalçısı Ataridə oyun yaradıcısı olaraq işləyirdi. Bu işdə çalışdığı dövrdə yığdığı pullarla kollec yoldaşı Daniel Kottke ilə birlikdə Hindistana bir ziyarət təşkil edən Jobs, burada Buddizm ilə tanış oldu.
Stiv Cobs, 1976-ci ildə, Stiv Vozniak və Ronald Wayne ilə birlikdə Apple şirkətini qurdu. Şirkətin ilk böyük müvəffəqiyyəti, 1978-ci ildə Mike Scottu CEO olaraq heyətinə qatmaq oldu. Genişlənən vizionu ilə birlikdə qısa müddətdə sahəsinin ən yenilikçi şirkətlərindən biri olan Apple, 1984-ci ildə o dövrə qədər edilmiş ən inkişaf etmiş fərdi kompüter olan Macintoshu bazara çıxararaq bir anda dəyərini on dəfə artırmış oldu. Lakin şirkət içərisində yaşanan problemlərdən sonra 1985-ci ilin May ayında, öz qurduğu şirkətindən digər işçilər və idarəçilər tərəfindən qovularaq Apple arzusuna bir müddət ara vermək məcburiyyətində qaldı.

NeXT və Pixar şirkətlərinin yaradılması

Appledan ayrıldıqdan bir müddət bir müddət sonra qurduğu NeXT adlı kompüter şirkəti, Maca bənzəyirdi lakin daha güclü fərdi kompüterlər istehsal edirdi. Funksionallığı qədər bahalı olması ilə də diqqəti çəkən bu kompüterlər, fərdi istifadə baxımından inqilab yaratsa da, labaratoriyalar və universitetlərin xaricində çox da maraq çəkmədi və şirkət 1993-ci ildə, yalnız 50.000 kompüter satışı reallaşdırdıqdan sonra təchizat istehsalını buraxaraq təmamilə proqram yaradan şirkət olmaq məcburiyyətində qaldı.
The Graphics Group adlı şirkət 1986-ci ildə 10 milyon dollara Stiv Cobs tərəfindən alınmışdı. Cobs bu şirkətin adını dəyişdirərək Pixar etmişdi və başlanğıcda xüsusi effektlər istehsal edən bir proqram şirkəti idi lakin kifayət qədər müvəffəqiyyətli ola bilməyincə istiqamətini dəyişdirərək kompüter dəstəkli animasiyalar yaradan bir şirkət oldu və bu vəziyyətdə şirkətə böyük bir maddi dəstək verən Disneyin də payı böyük idi. İlk olaraq 1995-ci ildə Toy Story adlı film ilə böyük bir ticari müvəffəqiyyət əldə edən Pixar, Monsters, Inc, Finding Nemo, Cars, Ratatouille kimi bir çox şah əsər ilə sahəsinin ən böyük şirkəti olmağı bacardı.


Stiv Cobsun sahibi olduğu NeXT şirkəti, 1996-ci ildə 429 milyon dollara Applea satıldı. NeXT şirkətinin sahib olduğu texnologiya, Apple ilə birləşincə bu şirkəti də inkişaf etdirdi. Bu dövrdə inkişaf etmiş yeni Macs, Mac OS X, iMac kimi bir çox yeni dizayn, proqram təminatı və avadanlıq yaratmağı bacaran şirkət, texnologiya dünyasında itirdiyi prestiji təkrar qazandı. Uzun bir müddət ərzində köməkçi CEO olaraq Apple’da çalışan Cobs, 2000-ci ildə CEO ünvanını bir kənara buraxaraq şirkətin qalıcı olaraq idarə heyəti üzvü oldu.

steve cobs
Stiv Cobsun nadir fotolarından biri

Həyatnın son dövrləri

Apple şirkəti 2000-ci illərdə iPod, iTunes, Apple StoreiPhone kimi bir çox yeni məhsulu bazara çıxararaq, mobil telekommunikasiya və musiqi player bazarına üstünlük verdi. Bu dövrdə kompüter istehsalı şirkətin ilk illərindəki qədər əhəmiyyətli rol oynamasa da, Apple kompüterləri hələ də prestij və lüksün simvolu olmaq vəzifəsini davam etdirirdi.
Stiv Cobs, 2009-ci ildə açıqlanan rəsmi məlumatlara görə, 5.4 milyard dollarlıq sərvəti ilə Amerikadakı ən zəngin 43-cü insan idi. 230 ədəd patentli məhsulun icadçısı ya da patent sahiblərindən biri olan Cobs, kompüterlərdən istifadəçi üzlərini, klaviatura, adapterə qədər icad etdiyi bir çox məhsulla, mobil texnologiyanın inkişafındakı ən əhəmiyyətli insanlardan biri olaraq xatırlandı.
Stiv Cobs, 18 Mart 1991 tarixindən bu yana Laurene Powell ilə evlidir və bu evlilikdən üç uşağı var. 2004-ci ildə qaraciyər xərçəngi olan lakin bu xəstəliyi müvəffəqiyyətli bir əməliyyatla sovuşduran Jobs, daha sonra bu xəstəlikdən qalan yan təsirlərdən ötəri bir müddət müalicə aldı. 2011-ci il 5 oktyabr tarixində Kaliforniyada həyatını itirdi.