Stiv Cobsdan e-poçt ilə bağlı öyrəniləsi 5 dərs!

0
712

E-poçt iş həyatının ən vacib detallarından birisidir. Məşhur biznesmenlərdən, Apple-ın qurucusu Stiv Cobsun da iş həyatı boyunca minlərlə e-poçt yazmış, gələn təkliflərə və iradlara cavab vermişdir.  Lakin Cobsun dediyinə görə, bu e-poçtların çox hissəsi müştərilərdən gələn şikayətlər idi. Ümumiyyətlə hər işdə olduğu kimi, e-poçt yazmağı da əməlli-başlı öyrənmək lazımdır.

2010-cu ildə, Stiv Cobs Apple-ın İpad məhsulunu bazara çıxartmağa qərar vermişdi. Tabletin ən vacib xususiyyətlərindən biri də, Amazonun yaratdığı Kindleın e-oxuyucu funksiyasını yerinə yetirməsi idi.  iTunesa kitab verməyə maraqlı olan nəşriyyat evləri  İpadin daha çox marağını cəlb etmişdi və dörd məşhur nəşriyyat evi İpadlə əməkdaşlıq edirdi. Lakin Harper Collins adlı nəşriyyat evi hələ də gözləməkdəydi, onun səhmdarlarından News Corp’un prezidenti James Murdoch qiymət məsələsində razı olmadığı üçün Cobs ona belə bir e-poçt yazmışdı.

James,

Our proposal does set the upper limit for ebook retail pricing based on the hardcover price of each book. The reason we are doing this is that, with our experience selling a lot of content online, we simply don’t think the ebook market can be successful with pricing higher than $12.99 or $14.99. Heck, Amazon is selling these books at $9.99, and who knows, maybe they are right and we will fail even at $12.99. But we’re willing to try at the prices we’ve proposed. We are not willing to try at higher prices because we are pretty sure we’ll all fail.

As I see it, HC has the following choices:

1. Throw in with Apple and see if we can all make a go of this to create a real mainstream ebooks market at $12.99 and $14.99.

2. Keep going with Amazon at $9.99. You will make a bit more money in the short term, but in the medium term Amazon will tell you they will be paying you 70 percent of $9.99. They have shareholders too.

3. Hold back your books from Amazon. Without a way for customers to buy your ebooks, they will steal them. This will be the start of piracy and once started there will be no stopping it. Trust me, I’ve seen this happen with my own eyes.

Maybe I’m missing something, but I don’t see any other alternatives. Do you?

Regards,
Steve

Tərcüməsi

Ceyms

Təklifimiz hər kitabın cild qiymətinə əsaslanaraq, e-kitab pərakəndə satışı üçün yuxarı qiymət səddini müəyyənləşdirir. Bunu etməyimizin səbəbi (çoxlu onlayn kontent satışı  təcrübəmizə əsaslanaraq ) , düşünmürük ki, e-kitab satışı 12,99 və ya 14,99 dollardan yuxarı bir qiymətə uğurlu ola bilər. Heck, Amazon bu kitabları 9,99 dollardan satmasında bəlkə də haqlıdır, ya da biz ola bilər ki, 12,99 dollar qiymətində belə uğursuz olacayıq.   Daha yüksək qiymətlərdə hamımızın uğursuz olacağından əminik, ona görə də bundan yuxarı qiymət təyin edə bilmərik. 

Yuxarıdakılara əsaslanaraq deyə bilərəm ki, HC şirkətinin üç seçimi var:

1) Apple şirkəti ilə əməkdaşlıq edərək 12,99 və ya 14,99  qiymətlərinin e-kitab bazarında uğurlu və uğursuz olacağına birlikdə müşahidə edə bilərik. 

2) Amazonla 9,99 dollar qiymətində davam edər. Düzdür, siz qısa müddətə bir az çox pul qazana bilərsiniz, ancaq daha uzun müddətə Amazon əldə etdiyi 9,99 dolların yalnız 70%-ni sizə ödəyər, axı onların da səhmdarları var. 

3) Kitablarını Amazondan uzaq tutaraq, müştərilərinə e-kitab alnaq üçün heç bir şans verməz. Bu da müştərilərin kitabları oğurlayaraq piratçılıqla məşğul olmağa təşvik edər və bir dəfə başladımı bir də heç vaxt dayanmaz.  Mənə güvən, bunu canlı müşahidə edərək deyirəm.

Bəlkə bəzi məsələləri gözdən qaçırıram, amma başqa seçim görə bilmirəm, sən görürsənmi?

Hörmətlə.

Stiv.

Bəs bu e-poçtdan necə bir dərs çıxartmaq olar?

1) Müştərilərə adları ilə müraciət edək.

Cobsun e-poçtu yazanda nə düşündüyünü açığı bilmirəm, amma burda qarşıdakı tərəfə öz adı ilə müraciət etməsinin yalnız bir səbəbi ola bilər, ona bu mesajı vermək.

Səni tanıyıram, ikimizdə eyni tərəfdəyik. 

Hər e-poçt yazanda olmasa belə, bir insanla e-mail üzərindən yazışanda ona adı ilə xitab etməyə önəm verin. Ümumiyyətlə  Dale Carnegie’nin adı ilə bağlı yaxşı deyimi var.

Bir insanın adı ona hər hansı bir dildəki ən xoş və məlahətli səs kimi gələr. 

2) E-poçt üçün vaxt ayırın.

Ola bilər ki, Cobs bu e-poçt üçün 1 dəqiqə ayırıb, ola bilər ki 1 saat. Bunu dəqiq deyə bilmərik. Amma görünən odur ki, bu mesaj müəyyən bir zaman müddəti ilə bağlıdır. Yadınızdan çıxartmayın ki, e-poçt qarşınızdakı şəxsdə maraq yaratmaq üçün ən gözəl vasitədir. Ona görə mesajı yazıb qurtardıqda sonra, tez göndərməyə həvəslənməyin, yazdığınız insanın baxış tərzi ilə oxumağa çalışın.

3) Yazı qaydalarına önəm verin.

E-poçtu whatsapp mesajınız kimi yazmayın, hərflərin böyük kiçik olmasına, işarələrə , abzasa, cümlənin başa düşülməsi kimi detallara önəm verin. Ümumiyyətlə yazdığınız mesajın sadə və anlaşıqlı olmasına diqqət edin.

4) Qarşınızdakı şəxsə dəyər verdiyinizi hiss etdirin.

Bəlkə bəzi məsələləri gözdən qaçırıram, amma başqa seçim görə bilmirəm, sən görürsənmi? mesajında qarşıdakı şəxsin fikrini öyrənmək, ona güvəndiyini və təvəzökarlığını bildirir.

5) E-poçtun sonunda xoş niyyətlərinizi və imzanızı əlavə edin. 

Nümunədən görünən odur ki, bu e-poçtlaşma hələ davam edəcək, ona də Cobs qarşıdakı tərəfə hələlik  yazmayıb. Bunu başqa biri yazsa idi, sualla bitirə bilərdi. Amma Cobs sonunda öz adını yazaraq Ceymsə öz hörmətlərini bildirib. Unutmayaq ki, necə ki söhbət edəndə salam-sağola gətirmək ədəbsizlikdirsə, e-poçtlaşanda da belə etmək etik deyil. 🙂

Xəzər Aslanov. Banco.az