Əsas səhifə Biznes Steve Jobsdan iş qurmaq istəyənlərə 5 məsləhət

Steve Jobsdan iş qurmaq istəyənlərə 5 məsləhət

530
PAYLAŞ

Bildiyiniz kimi Steve Jobs bütün dünyaya səs salan və yeni məhsullarını hər dəfə milyonlarla insanın səbirsizliklə gözlədiyi Apple’ın yaradıcısıdır. Bu yazıda onun əsas uğur prinsiplərini sizlərlə paylaşırıq.

Erkən yaşda xərçəngdən həyatını itirən Steve Jobsun evinin qarajında ​bir ​neçə dostuyla başlayan macərası onu dünyanın bir nömrəli markasının yaradıcısı etdi. O dövrdə bazarda monopoliya yaradan Bill Gatesin rəqibi olmağı bacardı. Bəs onu bu qədər müvəfəqiyyətli edən nə idi? Gəlin Steve Jobsun prinsiplərinə baxaq.

Bütün dünya sizə qarşı olsa da özünüzə inanın!

“Bütün dünya sizə qarşı olsa da vacib olan öz işinizə inanmağınız və sonacan o işin arxasınca getməyinizdir. Həyatda heç bir şey üçün gec deyil və dünyada heç kimin başqa insandan üstünlüyü yoxdur. Vacib olan qorxmadan və imtina etmədən, yıxılsanız belə qalxıb yenidən yola davam etməkdir. Hər səhər yuxudan oyananda sizə motivasiya verən fikirləriniz olsun. Heç kim inanmasa belə siz o fikirlərə inanın!
Bəzən həyatda bir sıra çətinliklər qarşısında qalmalı olursunuz. Elə həmin an əsas odur ki öz inamınızı itirməyəsiniz. Həyatımda məni irəliyə aparan tək şey etdiyim işə qarşı sevgi olub. Bu barədə heç bir zaman şübhəm olmadı.” Steve Jobs

İtirməkdən qorxmayın

“İtirmək qorxusuyla yaşasanız həyatda heç zaman qazana bilməyəcəksiniz. Bir şeyləri qazanmaq üçün bəzi şeyləri itirmək lazımdır. Əhəmiyyətli olan o yolun sonunda sizi necə gözəl bir mənzərənin gözlədiyini bilməkdir.
Mən bir ildə 250 milyon dollar itirməyin nə demək olduğunu bilən insanlardanam, inanın mənə xarakterinizi gücləndirən əsas amillərdən biri budur.”  Steve Jobs

Motivasiyanız pul olmasın

Pul qazanmaq da ən az etdiyiniz işdə müvəffəqiyyətli olmaq qədər əhəmiyyətlidir. Hətta çox vaxt müvəffəqiyyətin ölçüsü qazandığınız pulla ölçülə bilər. Ancaq niyə müvəffəqiyyətli olmaq istədiyinizi yaxşı düşünün. Çox pul qazanmaq istəyirsiniz yoxsa həqiqətən müvəffəqiyyətli olmaq mı? Əgər motivasiyanız pul olarsa itirməyə məhkum olarsınız. Steve Jobs

Sadə düşünün və innovativ olun

“Texnologiyanın inkişaf etdiyi bu dövrdə ən qızıl qaydalardan biri də budur məncə. Bu qaydaya uyğun hərəkət edilməməsi üzündən sizi çox ağır bir məğlubiyyət gözləyə bilər. Biz sadəcə əməliyyat sistemlərinə baxdıq və bunu daha sadə və daha güclü edə bilərikmi dedik. Müştəridən nə istədiyini soruşub ona görə məhsul çıxara bilməzsiniz çünki siz onların istədiyini edərkən onlar başqa bir şey istəyəcəklər.” Steve Jobs

Zamanınızı yaxşı qiymətləndirin

“İstədiklərinizin arxasından qorxmadan və ilk gün kimi eyni həvəslə qaçmaq istəyirsinizsə əgər Steve Jobsun Stanford Universitetində çıxışında da dediyi kimi hər gününüzü həyatınızın son günüymüş kimi yaşayın. Bax onda heç zaman itirmək olmaz.”

Steve Jobsun həyatını araşdıranda ən çox zamanla bağlı sitatlara rast gəlmək olar. Onlardan bir neçəsi.

Həyatdakı vaxtınız çox azdır ona görə də hər zaman əhəmiyyətli şeylərlə məşğul olun.
*
Həyat çox qısadır. Bunu yalnız ölən zaman başa düşəcəyik.
*
Zamanınız məhduddur. Buna görə də başqalarının həyatını yaşayaraq onu xərcləməyin. Başqalarının nə düşündüyləriylə bağlı dərd etməyin. Başqa insanların fikirlərinin gurultusunun öz ürəyinizin səsini eşitməyinə maneə törətməsinə icazə verməyin. Və ən əhəmiyyətlisi ürəyinizin və hisslərinizin səsini dinləyin.